Alimlər məməlilərdə süni hibernasiya (qış yuxusu) prosesini işə salmağı bacarıblar

Alimlər məməlilərdə süni hibernasiya (qış yuxusu) prosesini işə salmağı bacarıblar

Süni zəka və Elm
20.06.2020 PAYLAŞIM

    Soyuq havaların başlaması ilə bəzi məməlilərdə qış yuxusu prosesi başlayır. Uzun müddət ərzində alimləri maraqlandıran sual ondan ibarət idi ki, qış yuxusuna getməyən heyvanlarda bu prosesi süni şəkildə işə salmaq olar yoxsa yox. Yeni tədqiqatlar onu göstərib ki, bu prosesi süni şəkildə işə salmaq tam realdır. Bu isə öz növbəsində gələcəkdə astronavtların uzaq planetlərə səyahətləri məsələsini mümkün edəcək. Bu barədə 4pda saytı xəbər verib. Qış yuxusu metabolizm səviyyəsinin aşağı düşməsinə əsaslanır.

Hibernasiya vəziyyəti zamanı orqanizm öz temperaturunu maksimal dərəcədə aşağı salır. Bu halda hibernasiya vəziyyətində olan canlı üçün minimal enerji miqdarı lazımdır.

    Belə ki, onun ürəyi daha aşağı sürətlə döyünür, ağciyərləri daha az oksigen qəbul edir, beyin fəaliyyəti isə demək olar dayanır. Hibernasiya vəziyyətindən çıxma vaxtı gələndə orqanizm tamamilə sağlam vəziyyətdə olur. Orqanizm hətta canlının çəkisinin bir qədər aşağı düşməsi halında da sağlam qalır. Yeni tədqiqatlar zamanı alimlər siçanlarda Q neyronlar aşkar ediblər. Həmin neyronlara təsir edən zaman siçanlar qış yuxusuna bənzər yuxuya daxil olublar. Belə vəziyyətdə siçanların bədən temperaturları 36 dərəcədən 27 dərəcəyə kimi düşüb. Onların orqanizmləri hətta temperaturun 22 dərəcəyə düşdüyü vaxtda da normal şəkildə çalışıb.


    Siçanlar da hibernasiya zamanı metabolizm göstəricilərinin aşağı düşmələrini sərgiləyiblər. Qeyd etmək lazımdır ki, məməlilərin bu növü öz istəyinə uyğun olaraq təbii şəraitdə qış yuxusuna getmir. Hal hazırda insan orqanizmində Q neyronların olub-olmadıqları və olduqları halda onların da hibernasiya prosesinə bu cür reaksiya verib-verməyəcəkləri bilinmir. Əgər məlum olsa ki, bu proses insan orqanizmi üçün də keçərlidir, deməli uzaq məsafədə yerləşən planetlərə uçuşların insan orqanizminə təsirini hibernasiya vasitəsilə aşağı salmaq mümkün olacaq. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Neyron şəbəkəsi barmaq hərəkətləri vasitəsilə kartın PIN kodunu təyin etməyi öyr..

Sözügedən üsul xüsusi alqoritmin köməyi ilə PIN kodun proqnozlaşdırılmasına əsaslanır.


Qlobal istiləşmənin yeni təhlükəsi xroniki böyrək xəstəlikləri epidemiyasıdır..

Həkimlərin sözlərinə əsasən temperaturun qlobal yüksəlişi yaxın onilliklər ərzində davam etsə, yüksə..


İnsanlar hətta işıq sürəti ilə belə qalaktikaların 96%-nə çata bilməyəcəklər..

Bigthink adlı məşhur saytın hesablamalarına əsasən əgər insanlar işıq sürəti ilə səyahət etmək imkan..


Çinin Aydakı avtonom stansiyası Ay torpağından oksigen əldə edə bilib

“Chang’e 5” missiyası çərçivəsində Çinin planetlərarası avtomatik stansiyası Ay torpağından oksigen ..


Çinin yeni radioteleskopu rekord sayda təkrarlanmış radioşüalanmaları müşahidə e..

Çinin 500 metr ölçüsündə olan FAST adlı yeni radioteleskopu müşahidə olunan ən aktiv və sürətli radi..

×