Alimlər mikroplastikin orqanizmə təsirini müşahidə ediblər

Alimlər mikroplastikin orqanizmə təsirini müşahidə ediblər

Süni zəka və Elm
04.09.2023 PAYLAŞIM

    Rod-Aylend Universitetinin alimləri mikroplastikin məməlilərin koqnitiv funksiyalarına necə təsir göstərdiyini qiymətləndiriblər. Məlum olub ki, 21-ci əsrin əsas tullantısı hesab edilən mikroplastik beyindəki GFAP adlı zülalı basdırır. Bu isə zamanından tez Altsheymer xəstəliyi və depressiya da daxil olmaqla neyrodegenerativ xəstəliklərə səbəb olur. Aparılmış təcrübə çərçivəsində alimlər cavan və yaşlı siçanları 3 həftə ərzində içməli suyun tərkibində müxtəlif səviyyəli mikroplastikin təsirinə məruz qoyublar.

    Onlar aşkar ediblər ki, mikroplastikin təsiri öz növbəsində siçanların özlərindəki davranış və onların qaraciyər ilə beyin toxumalarındakı immun markerlərinin dəyişikliklərinə səbəb olub. Alimlər siçanlarda insanlardakı demensiyaya bənzər davranışları və hərəkətləri müşahidə ediblər. Daha yaşlı siçanlarda bu cür effektlər daha çox nəzərə çarpıb. Siçanların yarılması zamanı məlum olub ki, mikroplastik beyin də daxil olmaqla bütün orqanlarda yığılıb. Başqa sözlə desək, mikroplastik hissəciklər hematoensefalik baryer vasitəsilə virus və bakteriyalardan qorunan beyin toxumasına daxil ola biliblər. Bu isə öz növbəsində beyində olan GFAP adlı zülalın səviyyəsinə təsir göstərib. Sözügedən zülal beyindəki müxtəlif hüceyrə proseslərini dəstəkləyir.




DAHA ÇOX


Meta şirkəti sabah süni zəka əsaslı çat-botunu təqdim edəcək

Meta şirkəti artıq sabah Connect adlı tədbirinə start verəcək.


Erkən kainatda Süd Yoluna bənzər disk formalı qalaktikaların sayı daha çox imiş..

James Webb kosmik teleskopunun istifadəyə verilməsindən öncə hesab edilirdi ki, kainatın 6 milyard i..


Yupiterin peyki Avropada potensial bioloji həyat növünə işarə edən faktor aşkar ..

James Webb kosmik teleskopu təkcə kosmosun dərinliklərini araşdırmaq üçün nəzərdə tutulmayıb...


Joe Biden süni zəkadan istifadə qaydalarının yaradılması üçün dünya liderlərinə ..

BMT Baş Assambleyasında çıxışı zamanı ABŞ prezidenti Joe Biden süni zəka sahəsində əməkdaşlığın quru..


OpenAI şirkətinin süni zəka modelləri xüsusi qrup tərəfindən yoxlanılacaq..

OpenAI şirkəti Red Teaming Network adlı proqramı işə saldığını elan edib.


Çaylar sürətlə qızaraq tərkiblərindəki oksigeni itirirlər

Aparılmış yeni tədqiqata əsasən çaylarda temperatur daha sürətlə artır və nəticədə onlar okeanlardan..

×