main-post-cover

    Alimlər orqanizmdə xərçəng xəstəliyinin yayılmasına şərait yaradan geni deaktiv edə biliblər

    Süni İntellekt
    01.12.2021
    Emil Nəcəfov
        Xərçəng xəstəliyinin orqanizmdə yayılması prosesini müşahidə edən zaman Prinston Universitetinin alimləri bu xəstəliyin bir çox əsas növünün metastaz mərhələsinə (xərçəngin yarandığı yerdən fərqli bədən hissəsinə yayılması) keçidindən cavabdeh olan genin izini aşkar ediblər. Nəticədə alimlər həmin geni deaktiv etməyi bacaran xüsusi birləşmələr yaradıblar. Bu cür üsul siçanlar və insan toxumaları üzərində aparılmış təcrübələrdə effektivliyini sübut edib. Yaxın gələcəkdə isə sözügedən üsulun klinik testlərinə start verilə bilər. Alimlər metastaz mərhələsinə keçən xərçəngi heç də təsadüfən daimi şəkildə müşahidə etmirlər. Cərrahiyyə əməliyyatı və ya kimyaterapiya ilkin mərhələlərdə xərçəng şişlərinin öhdəsindən gələ bilərlər. Lakin xərçəng hüceyrələri çox zaman orqanizmin digər orqanlarına və toxumalarına keçid edirlər. Nəticədə bir neçə aydan və ya ildən sonra orqanizmdə yeni xərçəng şişləri yaranır.
        Prinston Universitetinin alimləri tərəfindən aparılmış tədqiqat bir sıra kimyəvi komponentləri əks etdirir. Həmin komponentlər siçanlarda metastaz mərhələsinə keçid etmiş süd vəzi xərçənginə qarşı olan kimyaterapiya və immunoterapiya effektivliyini yüksəldə bilirlər. Alimlər tərəfindən yaradılmış yeni üsul 2004-cü ildə aparılmış tədqiqata əsaslanır. Belə ki, həmin ildə tədqiqatçılar metadgerin zülalını kodlaşdıran MTHD adlı geni təyin etmişdilər. Bu gen təkcə metastazın yaranmasından deyil, həmçinin xərçəng şişinin kimyaterapiyaya qarşı müqavimətindən də cavabdehdir. “Faktiki olaraq MTHD geni xərçəng xəstəliyinin vacib genidir. O, zərərli hüceyrələrə sağ qalmaqda və inkişaf etməkdə yardımçı olur” - deyə mütəxəssislərdən biri qeyd edib.
        Daha sonra alimlər sözügedən gen barəsində daha çox məlumat əldə edə bildilər. Bu gendən məhrum edilmiş siçanlar normal şəkildə inkişaf edirdilər. Süd vəzi xərçənginə sahib siçanlarda isə daha az metastaz müşahidə edilirdi. Eyni hal xərçəng xəstəliyinin digər növləri üçün də keçərli olub. Metadgerin zülalının kristallik strukturu onu göstərib ki, bu zülal bir cüt çıxıntıya sahibdir və həmin çıxıntılar SND1 adlı digər zülalın səthində mövcud olan çuxurlar ilə birləşirlər. Alimlər güman edirlər ki, bu əlaqəni pozmaqla MTHD geninin zərərli təsirini daha da aşağı salmaq mümkündür. Bunun üçün alimlər 2 il ərzində uyğun molekulların axtarışında olublar. Nəticədə onlar tərəfindən yaradılmış birləşmə immun sisteminin xərçəng hüceyrələrinə qarşı müqavimətinə mane olan zülal birləşmələrinin qarşısını alır. Alimlər bu üsulun 2-3 ildən sonra klinik testlərinə startın veriləcəyinə ümid edirlər.
    Linki kopyala