Alimlər plastik materialı bir neçə günə parçalayan yeni ferment yaradıblar

Alimlər plastik materialı bir neçə günə parçalayan yeni ferment yaradıblar

Süni zəka və Elm
05.05.2022 PAYLAŞIM

    Texas Universitetinin alimləri plastik materialı bir neçə gün ərzində parçalama imkanını verən yeni ferment yaradıblar. Parçalanma nəticəsində əldə edilmiş maddəni daha sonra təmiz plastikin istehsalında istifadə etmək mümkündür. Yaradılmış zülal polietilentereftalatın inşa bloklarını parçalaya bilir. Qeyd etmək lazımdır ki, dünyadakı tullantıların 12%-ni təşkil edən materialların tərkibləri məhz polietilentereftalatdan ibarətdir. Yeni ferment polietilentereftalatın tərkib hissəsini təşkil edən inşa bloklarını ilkin monomerlərə ayırır. Daha sonra həmin monomerləri təkrar polimerləşmə prosesindən keçirdərək plastik materiala çevirmək olar. Əldə edilmiş plastik materialdan isə müxtəlif məhsullar hazırlamaq olar.

    “Bizim, plastik ilə edə biləcəyimiz tək şey onu ilkin monomerlərə ayırmaqdır. Bizim fermentimiz məhz bunu edir. İlkin monomerlərin istifadəsi ilə isə biz faktiki olaraq sıfırdan plastik material əldə edirik. Sadəcə olaraq bu məsələdə bizim əsas üstünlüyümüz ondan ibarətdir ki, sözügedən proses çərçivəsində plastik materialın əldə olunması zamanı əlavə neft resurslarından istifadə etməyə ehtiyac qalmır” - deyə mütəxəssislər qeyd ediblər. Beləliklə mütəxəssislərin yaratmış olduqları bu yeni ferment plastik materialları parçalamaqla məşğul olan fermentlər siyahısına daxil edilib. Qeyd etmək lazımdır ki, bu cür fermentlər ilk dəfə olaraq 2005-ci ildə qeydiyyata alınmışdı.


    Hal hazırda sözügedın siyahıya 19 ədəd bu cür ferment daxildir və onlar əsasən təbiətdə rast gəlinən bakteriyalar əsasında əldə olunublar. Alimlər qeyd ediblər ki, bu fermentlərin çoxu öz konkret mühitlərində çox yaxşı funksionallığa sahib olsalar da, müəyyən temperatur və turşuluq göstəricisi ilə məhdudlaşırlar və onları tullantıların emal mərkəzləri kimi müxtəlif şəraitlərdə istifadə etmək mümkün deyil. Texas Universitetinin mütəxəssisləri tərəfindən yaradılmış ferment isə müxtəlif temperatur və turşuluq göstəricisi şəraitində 51 növ polietilentereftalatı parçalaya bilir. Mütəxəssislər yeni fermentə FAST-PETase adını veriblər. Mütəxəssislər ümid edirlər ki, digər fermentlərdən fərqli olaraq FAST-PETase adlı yeni fermentin miqyasını daha asan şəkildə böyütmək mümkün olacaq. Növbəti mərhələdə sözügedən fermentin plastik tullantılar üzərində test edilməsi planlaşdırılır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Amerikalı alim: 'Kainatda fiziki qanunları istədikləri kimi dəyişə bilən siviliz..

NASA-nın dəstəyinə sahib olan amerikalı alim Adam Frank yadplanetli sivilizasiyaların öz inkişaf səv..


Hubble teleskopu vasitəsilə kainatın hansı sürətlə genişləndiyi daha dəqiq şəkil..

NASA Hubble kosmik teleskopunun ən böyük işi hesab edilən yeni hesabatı təqdim edib.


James Webb kosmik teleskopu Günəş sistemindəki obyektlərin detallı müşahidəsini ..

James Webb kosmik teleskopu kainatın yaranmasından sonrakı ilk mərhələlərlə yanaşı bizim Günəş siste..


Alimlər Ayda suyun mümkün yaranma səbəbini aydınlaşdırıblar

Kolorado Belroud Universitetinin alimlərinin fikirlərinə əsasən milyardlarla il bundan öncə Yer kürə..


Alimlər plastiki 16 saata parçalayan yeni ferment kəşf ediblər

Almaniyada yerləşən Leypsiq Universitetinin alimləri aşkar ediblər ki, PHL7 adlı ferment polietilent..


Planetin qlobal iqlimi 2021-ci ildə bütün əsas göstəricilər üzrə rekorda imza at..

Ümumdünya Meteorologiya Təşkilatı (BMO) 2021-ci il üzrə yığılmış məlumatlar əsasında planetdəki iqli..

×