main-post-cover

    Alimlər Qolfstrimin rekord səviyyədə zəiflədiyini elan ediblər

    Süni İntellekt
    01.03.2021
    Farid Pardashunas
        Atlantik okeanının Avropanı və Şimali Amerikanın şərq sahilini əhatə edən isti axın sistemi son 1000 ildə rekord həddə zəifləyib. Əgər bu tendensiya davam etsə, sahilyanı ölkələrin sakinlərini yay və qış fəsillərində daha ekstremal temperatur şəraiti gözləyə bilər. Almaniya, İrlandiya və Böyük Britaniyadan olan alimlərin fikirlərinə əsasən bu prosesin əsas səbəbi insan fəaliyyəti nəticəsində yaranmış iqlim dəyişiklikləridir.
        Son 1000 ildə Qolfstrim heç zaman bu qədər zəif olmamışdı. Alimlər bu axının keçmişini rekonstruksiya etmək üçün yüzlərlə ilin arxiv məlumatlarını müqayisə ediblər. Onlar 21-ci əsrdə baş verən Qolfstrim zəifləməsinin misli görülməmiş olduğuna dair sübutlar əldə ediblər. Çox güman ki, bu prosesin əsas səbəbi iqlimə təsir göstərən antropogen faktorlardır. Atlantik okeanda isti axının dövr etməsi Avropa və ABŞ-dakı hava ilə dəniz səviyyəsinə təsir göstərir.

    Alimlər qeyd ediblər ki, qlobal istiləşmə prosesi davam etsə, bu yüzilliyin sonuna kimi Qolfstrim 34-45% zəifləyəcək.

        Bu isə öz növbəsində 2 kontinentdə hava şəraitini formalaşdıran sistemi qeyri stabil hala gətirəcək anı yaxınlaşdıracaq. Məlumatda qeyd edilib ki, Qolfstrim artıq axını 15% zəiflədib. 20-30 ildən sonra o çox güman ki, daha da zəifləyəcək və bu da hava şəraitinə təsir göstərəcək. Avropada daha çox tufanlar və isti dalğalar olacaq, ABŞ-ın şərq sahilində isə okeanın səviyyəsi qalxacaq. Alimlər qlobal istiləşmə nəticəsində Qolfstrimin zəifləməsini çoxdan ehtimal edirdilər.
        Onlar narahat idilər ki, onun axını tamamilə dayana bilər. Məlumata əsasən bu cür nəticəyə bir neçə onillik var. Lakin parnik qazlarının atmosferə ifraz olunması tempi bu nəticəni daha da tez reallaşdıra bilər. Bu cür hadisənin nəticələri o dərəcədə böyük ola bilər ki, hətta Qolfstrimin dövr etməsində ola biləcək 10%-lik dəyişiklik milyardlarla insanın həyatına təsir göstərə bilər. Daha ekstremal hava şəraitindən əlavə olaraq axının zəifləməsi Atlantik okeanın ekosisteminə ciddi təsir göstərə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər