Alimlər qonşu qalaktikanın mərkəzindəki qara dəlikdən Yer kürəsinə çatmış neytrino axınını aşkar ediblər

Alimlər qonşu qalaktikanın mərkəzindəki qara dəlikdən Yer kürəsinə çatmış neytrino axınını aşkar ediblər

Süni zəka və Elm
04.11.2022 PAYLAŞIM

    Antarktikadadakı Amundsen-Skott adlı stansiyada yerləşən və neytrinonu təyin etmək üçün nəzərdə tutulmuş IceCube adlı teleskop alimlərə güclü neytrino axınını təyin etməkdə yardımçı olub. Təyin edilmiş güclü neytrino axınının mənbəyi Yer kürəsindən 47 milyon işıq ili məsafəsində yerləşən Messier 77 adlı qalaktikanın mərkəzində yerləşir. Söhbət, yüksək kütləli qara dəlikdən gedir. Qeyd etmək lazımdır ki, bu, alimlərin kosmik neytrinonu aşkar etdikləri ikinci haldır və onlar ümid edirlər ki, nəticədə neytrino qara dəliklərin daxili hissələrində nələrin baş verdiyini anlamağa yadımçı olacaq. Neytrino neytral fundamental hissəciklərdir və onlar hər yerdədirlər

    Lakin bu neytral hssəciklər digər hissəciklər və ya materiya növləri ilə çox zəif şəkildə qarşılıqlı əlaqədə olurlar. Belə ki, onlar çox kiçik kütlə və elektrik cərəyanına sahib olmamaları ilə fərqlənirlər. Bu səbəbdən də neytral fundamental hissəcikləri təyin etmək çox qəliz məsələdir. Həmin hissəciklərin ətraf mühitlə həddindən artıq zəif qarşılıqlı laqədə olmaları o deməkdir ki, onlar öz mənbələrindən düz istiqamətdə böyük məsafələr qətt edə bilirlər. Alimlər neytinonu təyin etməyi öyrənsələr, onlar həmin hissəciklərin mənbələrini rahatlıqla təyin edə biləcəklər.


    İndi isə alimlər öz formasına görə Süd Yolu qalaktikasını xatırladan Messier 77 adlı qalaktikanın mərkəzindən gəlmiş neytrino axınını aşkar ediblər. Bizim qalaktika ilə Messier 77 arasında olan fərq ondan ibarətdir ki, bizim qalaktikamızın mərkəzində yerləşən qara dəlikdən fərqli olaraq Messier 77-nin mərkəzində yerləşən qara dəliyin kütləsi daha böyükdür. Yer kürəsindən Messier 77-nin mərkəzindən o tərəfini müşahidə etmək çox çətindir. Lakin onun mərkəzində olan qara dəlik tərəfindən ifraz edilən neytrino problemsiz şəkildə bütün maneələrdən keçərək Yer kürsinə çata bilir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Uğurlu karyera və parlaq gələcəyə əmin addımlarla!

Azercell-dən SOS Uşaq Kəndləri yetirmələrinin məşğulluğuna dəstək


Çin nüvə reaktoruna sahib Ay bazası inşa etməyi planlaşdırır

Çin Ayın incələnməsi və kəşfiyyatı mövzusunda ABŞ-dan geri qalmaq niyyətində deyil.


Orion kosmik gəmisi Artemis-1 missiyası çərçivəsində növbəti rekorduna imza atıb..

Keçən həftənin sonunda Orion kosmik gəmisi Artemis-1 missiyası çərçivəsində növbəti rekorduna imza a..


NASA: ‘İnsanlar artıq bu onilliyin sonuna kimi Ayda daimi şəkildə məskunlaşa bil..

NASA-nın Artemis adlı Ay proqramına rəhbərlik edən mütəxəssis Howard Hu-nun sözlərinə əsasən insanla..


Meta-nın elmi süni zəka sistemi istifadəyə veriləndən 48 saat sonra deaktiv edil..

Meta şirkətinin Meta AI şöbəsinin mühəndisləri Galactica adlı süni zəka sistemini yaradıblar...

×