main-post-cover

    Alimlər qurbağaya amputasiya edilmiş ayağının yenidən yetişdirilməsində yardımçı olublar

    Süni İntellekt
    28.01.2022
    Emil Nəcəfov
        Aparılmış yeni tədqiqat çərçivəsində alimlər xüsusi dərman preparatları vasitəsilə qurbağaya amputasiya edilmiş ayağının yenidən yetişdirilməsində yardımçı olublar. Sözügedən tədqiqatın nəticəsi artıq regenerativ tibbdə inqilabi həll sayılır. Alimlər tədqiqatı Afrikanın caynaqlı qurbağası üzərində aparıblar. Sözügedən qurbağa növü təbiətcə öz bədən hissələrinin regenerasiya bacarığına sahib deyil. Nəticədə mütəxəssislər ona xüsusi dərman preparatlarının köməyi ilə 24 saatlıq intensiv terapiya kursu təyin ediblər. Kursdan sonra qurbağa 18 ay ərzində amputasiya edilmiş ayağını yenidən yetişdirə bilib. Tədqiqatçılar ümid edirlər ki, gələcəkdə onların bu tədqiqatlarının nəticələrini həmçinin insanlar üzərində də tətbiq etmək mümkün olacaq.
        “Bizim tərəfimizdən seçilmiş xüsusi dərman preparatları qurbağaya yeni funksional ayağın yetişdirilməsində yardımçı olublar. Uzun aylar ərzində olmuş regenerasiya prosesinin işə salınması üçün dərman preparatlarının qısamüddətli təsirlərinin amili də vacib rol oynayır. Qurbağalar və ola bilsin ki, digər heyvanlar deaktiv halda mövcud olan regenerativ bacarıqlara sahibdirlər. Həmin bacarıqları müəyyən üsullarla aktivləşdirmək olar” - deyə alimlər qeyd ediblər. Öz bədənlərinin bəzi hissələrini regenerasiya etməyi bacaran heyvan növləri artıq elmə məlumdur. Onlara misal olaraq salamandrı, dəniz ulduzunu, xərçəngkimiləri kərtənkələni gətirmək olar. Yastı həşəratların bədənləri ümumiyyətlə ikiyə ayrılandan sonra ayrılmış hər bir bədən hissəsi bütöv bir orqanizmi yarada bilir.
        İnsanlar da bəzi regenerativ bacarıqlara sahibdirlər. Məsələn insanın qaraciyəri hətta ikiyə ayrılandan sonra da bərpa ola bilir. Bundan əlavə olaraq məlumdur ki, uşaqlarda barmaq ucları yenidən yetişə bilirlər. Lakin məməlilərdən heç biri hələ qəliz strukturlu bədən hissəsini yenidən yetişdirə bilmir. Alimlər qeyd ediblər ki, təcrübə bir neçə qurbağa üzərində aparılıb və onlardan hər birində yenidən yetişdirilmiş ayaq hissəsi normal şəkildə hərəkət edib və toxunuşlara reaksiya verib. Müalicənin ilk bir neçə günündə qurbağalarda molekulyar yollar aktiv hala gəliblər. Həmin yollar adətən embrionlardakı bədən hissələrinin formalaşmasında istifadə olunurlar. Alimlər güman edirlər ki, insanlar da bədənlərinin müxtəlif hissələrinin formalaşması üçün nəzərdə tutulmuş məlumatı öz orqanizmlərində qoruyub saxlayıblar.
    Linki kopyala