main-post-cover

    Alimlər Saturn planetinin halqalarının məhvolma prosesində olduqlarını təyin ediblər

    Süni İntellekt
    30.03.2022
    Farid Pardashunas
        Aparılmış yeni tədqiqat çərçivəsində alimlər belə qənaətə gəliblər ki, Saturn planetinin halqaları məhv olmağa başlayıblar. Lakin yaxşı xəbər ondan ibarətdir ki, bu proses çox ləng gedir və həmin halqaların müşahidə edilməsi üçün alimlərin hələ çox zamanları var. Hər il Saturnun planetar halqaları material itkisi ilə qarşılaşırlar. Belə ki, Saturna tərəf gələn mikrometeoritlər Günəş radiasiyası halqalardakı toz hissəciklərinə təsir göstərərək onları Saturnun maqnit sahəsinin xətləri ilə tarazlayırlar. Toz hissəcikləri planet atmosferinin yuxarı hissəsinə çox yaxın məsafədə yaxınlaşan zaman qravitasiya onları planetin daxilinə çəkir və nəticədə onlar planetin buludlarında buxarlanırlar. Bu proses “halqa yağışı” adlanır və nəticədə bu və ya digə faktorlar tədricən Saturn planetinin fərqləndirici özəlliyini məhv edəcəklər.
        Mütəxəssislərin fikirlərinə əsasən planetin halqalar sisteminin tamamilə məhv olması üçün 300 milyon il vaxt lazımdır. Saturn ətrafında olan halqalar bizim üçün daimi mövcud olan özəllik kimi görünsə də, NASA-nın Cassini missiyasının əldə etmiş olduğu fotoların analizi onu göstərib ki, kosmik miqyasda həmin halqalar əslində çox cavandırlar. Belə ki, onlar 10-100 milyon il bundan öncə yaranıblar. Lakin alimlər hələ də Saturn halqalarının necə və nə üçün yarandıqlarını bilmirlər. Bu məsələ ilə bağlı əsas nəzəriyyələrdən birinə əsasən əgər halqalar bu dərəcədə cavandırlarsa, çox güman ki, onlar Saturnun hansısa keçmiş peykinin planetə çox yaxın məsafədə yaxınlaşması və nəticədə kiçik kosmik obyektlərə parçalanması hesabına yaranıblar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər