Alimlər səthləri tamamilə sudan ibarət olduqları güman olunan ekzoplanetlər kəşf ediblər

Alimlər səthləri tamamilə sudan ibarət olduqları güman olunan ekzoplanetlər kəşf ediblər

Süni zəka və Elm
19.12.2022 PAYLAŞIM

    Aparılmış yeni tədqiqatın nəticələrinə əsasən Yer kürəsinə yaxın, səthləri tamamilə su ilə örtülməsi güman edilən iki yeni planet kəşf edilib. Kosmik modellər bu cür planetlərin mövcud ola biləcəklərini öncədən güman etmişdilər. Lakin ilk dəfə olaraq onların mövcudluqlarına dair sübutlar əldə edilib. Kepler adlı kosmik teleskopunun 2014-cü ildə əldə etmiş məlumatları analiz etmiş alimlər Kepler-138c Kepler-138d adlı ekzoplanetlərə nəzər yetiriblər. Sözügedən planetlər Yer kürəsindən 218 işıq ili uzaqlığında Lira bürcündəki ulduz ətrafında dövr edirlər. Növbəti illərdə bu planetlər Hubble teleskopu vasitəsilə müşahidə edildi və nəticədə onların tərkibləri təyin olundu.


    Beləliklə alimlər bildiriblər ki, sözügedən planetlərin böyük hissəsi çox güman ki, sudan ibarətdir. Alimlərin sözlərinə əsasən əvvəllər düşünülürdü ki, Yer kürəsindən daha böyük ölçüyə sahib planetlər adətən qayalardan və metallardan ibarətdirlər. Bu cür planetlər həmçinin Super Yer adlanırlar. İndi isə məlum olub ki Kepler-138cKepler-138d adlı planetlər fərqlənirlər. Belə ki, böyük ehtimal ilə onların səthlərinin böyük hissəsi məhz sudan ibarətdir. Bununla belə onların səthlərinin dəqiq şəkildə su ilə örtülü olduğunu da söyləmək mümkün deyil. Bununla yanaşı alimlər sözügedən planetlərin sıxlıqlarını da təyin ediblər.

    Bu planetlərin Yer kürəsindən 3 dəfə böyük olmalarına baxmayaraq onların sıxlıqları Yer kürəsinin sıxlığından cəmi 2 dəfə yüksəkdir. Bu isə onların aşağı sıxlığa sahib olmalarından xəbər verir. Bu cür sıxlıq həmçinin ona işarə edir ki, planetlərin həcmlərinin böyük hissəsi hidrogen heliumdan daha ağır maddədən təşkil edilib. Çox güman ki, söhbət, məhz sudan gedir. Alimlər həmçinin qeyd ediblər ki, sözügedən planetlər Kepler-138 adlı ulduza bir qədər yaxın məsafədə yerləşirlər. Onların fikirlərinə əsasən Kepler-138c ilə Kepler-138d-də temperatur göstəricisi suyun qaynama temperaturundan (100 dərəcə Selsi) bir qədər çoxdur. Böyük ehtimal ilə bu səbəbdən planetlərin atmosferlərində böyük həcmdə buxar mövcuddur.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


ChatGPT dünyanın ən yaxşı biznes məktəblərindən birində buraxılış imtahanından u..

OpenAI şirkətinin süni zəka əsaslı ChatGPT çat-botunun dərs tapşırıqlarının yerinə yetirilməsində is..


Daxilində nüvə sintezi prosesinin getdiyi yeni ekzoplanet kəşf edilib

Alimlər Avropanın Gaia adlı kosmik teleskopu vasitəsilə yeni ekzoplanet kəşf ediblər.


OpenAI şirkəti süni zəka əsaslı ChatGPT çat-botunun pullu versiyasını test etməy..

Süni zəka əsaslı ChatGPT çat-botunun bəzi isitfadəçiləri bildiriblər ki, OpenAI şirkəti onlara ChatG..


Alimlər 8.8 milyard işıq ili uzaqlığındakı qalaktikadan radio siqnal qəbul edibl..

Hindistanda yerləşən Giant Metrewave Radio Telescope (GMRT) adlı rəsədxana Yer kürəsindən 8.8 milyar..


Ən böyük neft şirkətlərindən biri 50 il ərzində qlobal istiləşmə məlumatlarını i..

Dünyanın ən böyük neft şirkətlərindən biri olan ExxonMobil-in təmsilçiləri qeyd ediblər ki, son illə..

×