Alimlər siçanlarda qocalma prosesini dayandıra biliblər

Alimlər siçanlarda qocalma prosesini dayandıra biliblər

Süni zəka və Elm
08.03.2022 PAYLAŞIM

    Solka Bioloji Tədqiqatlar İnstitutunun (ABŞ) rəhbərliyi altnda tədqiqatçılar qrupu orta və yuxarı yaş kateqoriyasına aid siçanlarda qocalma prosesini effektiv və təhlükəsiz şəkildə dayandıra bilib. Belə ki, alimlər təcrübə çərçivəsində siçanların hüceyrələrini daha cavan vəziyyətə gətiriblər. Orqanizmin qocalma prosesi zamanı onun hüceyrələri DNT daxilində digər kimyəvi birləşmələri əmələ gətirirlər. Həmin birləşmələr epigenetik markerlər adlanırlar. Daha cavan siçanların DNT-lərində bu cür birləşmələr yoxdur. Daha əvvəl aparılmış tədqiqatlar onu göstəriblər ki, qocalan hüceyrələrə yenidən proqramlaşdırılmış 4 ədəd molekulun (Oct4, Sox2, Klfc4, cMyc) əlavə edilməsi öz növbəsində epigenetik markerləri ilkin pattern vəziyyətinə geri qaytara bilir.

    2016-cı ildə aparılmış tədqiqatda vaxtından öncə qocalma prosesinə daxil olmuş siçanlarda qocalıq əlamətləri ilə mübarizədə və həyat davamlılığının artırılmasında bu üsul uğurla istifadə edilmişdi. Bundan əlavə olaraq 2021-ci ildə aparılmış tədqiqat çərçivəsində məlum olmuşdu ki, yuxarıda qeyd edilmiş 4 ədəd molekul hətta cavan siçanlarda əzələlərin sürətlə bərpasını reallaşdıra bilir. Digər tədqiqatçılar eyni üsulu beynin, ürəyin və görmə sinirinin daha yaxşı çalışmasında istifadə ediblər. Solka Bioloji Tədqiqatlar İnstitutunun alimləri yeni tədqiqat zamanı sağlam heyvanların qocalma prosesləri çərçivəsində hüceyrə regenerasiyası üçün bu üsulu nəzərdən keçirdiblər.


    Yuxarıda qeyd edilmiş molekulların daimi dozası 15-22 aylıq (50-70 yaş ekvivalenti) siçanlardan ibarət birinci qrupa, 12-22 aylıq (35-70 yaş ekvivalenti) siçanlardan ibarət ikinci qrupa və 25 aylıq (80 yaş ekvivalenti) siçanlardan ibarət üçüncü qrupa verilib. Üçüncü qrupa daxil olan siçanlar yalnız 1 aylıq müalicə prosesindən keçiblər. Alimlər bu üsulun daha uzun müddət ərzində istifadəsinin təhlükəsiz olduğunu təyin etmək istəyiblər. Nəticədə həqiqətən də siçanların səhhətlərində heç bir neqativ hal yaşanmayıb. Faktiki olaraq 7-10 ay ərzində müalicə prosesindən keçmiş siçanlar daha cavan siçanlara bənzəməyə başlayıblar. Bundan əlavə olaraq onların qanlarındakı metabolizm molekullarında heç bir yaş dəyişikliyi müşahidə edilməyib. Əldə edilmiş məlumatlar onu göstərirlər ki, bu üsul qocalma prosesini dayandırmaqla yanaşı onu əks istiqamətə çevirir. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Almaz yağışlarının yağdıqları planet: Alimlər Neptun planetinin maraqlı özəllikl..

Neptun planeti Urandan sonra Günəş sisteminin ikinci buz nəhəngidir. O, Yer kürəsindən fərqli olaraq..


Alimlər yadplanetli həyat növünü hansı planetlərdə axtarmaq lazım olduğunu öyrən..

Kopenhagen Universitetindən olan alimlər belə qənaətə gəliblər ki, yadplanetli həyat növünün axtarış..


Yer kürəsini əhatə edən vacib məlumatların vahid ehtiyat kopyasının Ayda saxlanm..

Məlumatda qeyd edilib ki, Yer kürəsini əhatə edəcək vacib məlumatlar Aydakı serverlərdə saxlanılacaq..


Kainatda işıq sürətindən daha yüksək sürətlə hərəkət etmək mümkündürmü?..

Fizika qanunlarına əsasən kainatda heç bir şey işıq sürətindən daha yüksək sürətlə hərəkət edə bilmə..


Amerikalı alim: 'Kainatda fiziki qanunları istədikləri kimi dəyişə bilən siviliz..

NASA-nın dəstəyinə sahib olan amerikalı alim Adam Frank yadplanetli sivilizasiyaların öz inkişaf səv..


Hubble teleskopu vasitəsilə kainatın hansı sürətlə genişləndiyi daha dəqiq şəkil..

NASA Hubble kosmik teleskopunun ən böyük işi hesab edilən yeni hesabatı təqdim edib.

×