main-post-cover

    Alimlər Süd Yolu qalaktikasında ola biləcək yadplanetli sivilizasiyaların mümkün sayını təyin ediblər

    Süni İntellekt
    01.06.2022
    Emil Nəcəfov
        Aparılmış yeni tədqiqat Süd Yolu qalaktikasında çoxlu sayda sivilizasiyanın olma ehtimalını güman edir. Lakin onlardan yalnız az hissəsi bizim əlaqə yarada bilər. Pekin Pedaqoji Universitetindən olan astronomlar Wenjie Song He Gao öz yeni elmi məqalələrində güman ediblər ki, Süd Yolu qalaktikasında 42.777 yadplanetli sivilizasiya mövcud ola bilər və onlardan biri yaxın 2000 il ərzində bizə mesaj göndərə bilər. Aparılmış yeni tədqiqat Fermi paradoksunun potensial həll yolu ola bilər. Fermi paradoksuna əsasən əgər qalaktikada çoxlu sayda yadplanetli sivilizasiya mövcuddursa, nəyə görə biz hələ də onları aşkar etməmişik?
        Öz yeni elmi araşdırmalarında çinli alimlər nəzəri hesablamaları təqdim ediblər və həmin hesablamalara əsasən Süd Yolu qalaktikasında 42.777 yadplanetli sivilizasiya mövcuddur. Lakin bu o demək deyil ki, bizə mesaj göndərmək üçün onların hamısı texnoloji inkişaf səviyyəsinə çatıblar. Bununla belə onlardan bəlkə də çoxu hələ heç ulduzlararası səyahət etmək səviyyəsində deyil. Alimlərin hesablamalarında çoxlu sayda bilinməyən faktorlar var. Lakin əgər həmin faktorlar məlum olsaydılar, onlar əldə edilə biləcək nəticələr üçün vacib rol oynaya bilərdilər. Fermi paradoksunun həlli üçün təklif edilmiş Böyük filtr adlı fərziyyəyə əsasən bu və ya digər sivilizasiyanın yüksək inkişaf səviyyəsinə çatması üçün çoxlu sayda faktorun yerinə yetirilməsi lazımdır.
    - Həyat növünün yarana biləcəyi planet olmalıdır
    - Həmin planetdə həyat hər bir halda yaranmalıdır
    - Daha sonra şüurlu həyat növü ortaya çıxmalıdır
    - Sonda isə həmin həyat növü insan sivilizasiyasının sahib olduğu və ya ondan da yüksək inkişaf səviyyəsinə çata bilər.
        Lakin bu fərziyyəyə əsasən əgər biz hələ də yadplanetli sivilizasiyalardan mesaj əldə etməmişiksə, bu, onların hələ lazımi inkişaf səviyyəsinə çatmadıqlarına işarə edir. Aparılmış yeni tədqiqatda alimlər güman ediblər ki, 42.000-dən çox sivilizasiyanın (bu ədəd statistik səhvlərə sahib ola bilər) yalnız 0.1%-i digər sivilizasiyalar ilə əlaqə üçün lazımi inkişaf səviyyəsinə çatmış ola bilər. Bunun üçün isə yadplanetli sivilizasiyalar uzun təkamül dövründən keçməlidirlər.
        Yeni tədqiqatı aparmış alimlərin fikirlərinə əsasən insan sivilizasiyası yaxın 2000 il ərzində yadplanetli sivilizasiyadan mesaj əldə edə bilər. Yəni minimum bir sivilizasiyadan bir mesaj. 0.1% göstəricisi bizim qalaktikamız üçün optimistik göstəricidir. Alimlərin pessimist qiymətləndirmələrinə əsasən isə bu göstərici yalnız 0.01% təşkil edir. Bu halda insan sivilizasiyası yadplanetli sivilizasiyadan gələ biləcək mesajı 400.000 il gözləməli olacaq. “Lakin bu göstərici də əslində yüksək hesab edilə bilər. Bu o deməkdir ki, lazımi texniki inkişaf səviyyəsinə çatmış yadplanetli sivilizasiyaların sayı daha azdır. Müvafiq olaraq bu cür sivilizasiyadan mesaj əldə etmək ehtimalı da çox aşağıdır” - deyə alimlər qeyd ediblər.
    Linki kopyala