Alimlər Süd Yolu qalaktikasının ilkin nüvəsinin harda yerləşdiyini öyrəniblər

Alimlər Süd Yolu qalaktikasının ilkin nüvəsinin harda yerləşdiyini öyrəniblər

Süni zəka və Elm
22.09.2022 PAYLAŞIM

    Gaia adlı kosmik teleskop tərəfindən əldə edilmiş məlumatlar əsasında alimlər Süd Yolu qalaktikasının ilkin nüvəsinin harda yerləşdiyini aşkar ediblər. Məlum olub ki, bizim qalaktikanın ilkin nüvəsi Oxatan bürcündə yerləşir və o, qədim ulduzlar qruplaşması formasındadır. Süd Yolu qalaktikası məhz həmin qruplaşma ətrafında formalaşıb. Alimlərin sözlərinə əsasən həmin qruplaşmada Süd Yolu qalaktikasının ən qədim ulduzları yerləşir. “Biz uzun müddət ərzində güman edirdik ki, qədim ulduzlardan ibarət bu cür nəhəng qruplaşma Süd Yolunun hardasa mərkəzində yerləşməlidir. Gaia kosmik teleskopu isə bizlərə bu qruplaşmanın yerləşdiyi yeri göstərib” - deyə alimlərdən biri qeyd edib.

    Bizim qalaktikamızın ilkin nüvəsi dairəvi protoqalaktika (qalaktikanın inkişaf dövrünün ilk mərhələsi) şəklindədir və o, kosmik məkanın demək olar 18 000 işıq ili sahəsini əhatə edir. Onun kütləsi Günəşin kütləsindən 100 milyon dəfə daha böyükdür. “Bu tədqiqat bizlərə, Süd Yolu qalaktikasının ilkin formalaşma mərhələsi barəsində daha çox məlumat verir. Biz daha əvvəllər də ulduzlardan ibarət bu qruplaşmanın parıltılarını müşahidə edirdik. Lakin yeni tədqiqat çərçivəsində biz ona sanki səmadan yerə baxdığımız şəkildə baxa bilərik” - deyə alimlərdən biri qeyd edib.


    Süd Yolu qalaktikasının mərkəzindən olan ulduzlar adətən metallarla zəngin olurlar. Həmin metallar isə öz növbələrində daha əvvəlki ulduz qruplaşmalarının partlayışları nəticəsində yaranıblar. Buna görə də alimlər yeni tədqiqat çərçivəsində öz diqqətlərini metallarla az zəngin olan ulduzların axtarışlarına yönəldiblər. Bu cür ulduzlar isə qalaktikanın formalaşma prosesinin əvvəlində yaranmış ola bilərlər. Nəticədə alimlər 18 000 ədəd qədim ulduz aşkar ediblər və həmin ulduzlar məhz Süd Yolu qalaktikasının köhnə nüvəsi rolunda çıxış edirlər. Söhbət, 12.5 milyard və daha çox yaşa sahib ulduzlardan gedir.



DAHA ÇOX


Samsung süni zəka əsaslı çat-botunu hazırlamağa başlayıb

Son aylar ərzində generativ süni zəka sistemlərinin və onların əsasında çalışan çat-botların istifad..


Süni zəka tərəfindən tərtib edilmiş mətnləri demək olar 100%-lik dəqiqliklə təyi..

ABŞ-ın Kanzas Universitetinin mütəxəssisləri alimlər tərəfindən yazılmış elmi məqalələri və s. mater..


OpenAI şirkəti GPT-5 dil modelinin təlimatlandırılmasına hələ start verməyib..

Hələ bir neçə müddət bundan öncə OpenAI şirkəti bildirmişdi ki, o, ChatGPT-nin əsasında olan GPT-4 d..


Virtual testlərdə süni zəka hərbi obyekti məhv etməyi qadağan etmiş operatora hü..

İT sahənin müxtəlif mütəxəssisləri potensial təhlükələrdən yayınmaq üçün hələ bir neçə müddət bundan..

×