Reklam
Alimlər Super Yer sinifinə daxil olan 2 yeni planet kəşf ediblər

Alimlər Super Yer sinifinə daxil olan 2 yeni planet kəşf ediblər

Süni zəka və Elm
17.06.2022 PAYLAŞIM

    Alimlər HD260655 adlı qırmızı cırtdan (kiçik və nisbətən soyuq ulduz) ətrafında dövr edən 2 maraqlı planet kəşf ediblər. Söhbət, Yer kürəsinə bənzəyən daş səthli planetlərdən gedir. Bu cür planetləri adətən Super Yer adlandırırlar. Kəşf edilmiş planetlər qırmızı cırtdan ətrafında elə bir yüksək sürətlə dövr edirlər ki, onlardan birindi 1 il 2 gün, digərində isə 5 gün təşkil edir. Sözügedən planet sistemi Yer kürəsindən 33 işıq ili uzaqlığında yerləşir. Alimlər düşünürlər ki, həmin planet sistemində bu iki planetdən başqa digər planetlər də mövcuddur. Super Yer sinifinə daxil olan planetlərə Yer kürəsindən böyük, lakin Neptun Urandan kiçik olan planetlər deyilir və bu sinifə daxil olmaq üçün bu və ya digər planet həmçinin daş səthə sahib olmalıdır.

    Alimlər yeni 2 planeti TESS adlı kosmik teleskop vasitəsilə kəşf ediblər. Sözügedən kosmik teleskop ekzoplanetlərin axtarışı ilə məşğul olur. Bu teleskop planetləri tranzit üsulu vasitəsilə aşkar edir. Belə ki, bu üsul çərçivəsində bu və ya digər planet öz ulduzu fonunda hərəkət edən zaman ulduzun parlaqlıq səviyyəsində dəyişikliklər baş verdiyi üçün həmin planeti təyin etmək mümkün olur. Kəşf edilmiş yeni planetlər alimlər üçün böyük maraq kəsb edirlər. Belə ki, onlar Yer kürəsinə ən yaxın olan planet sistemlərindən birində yerləşirlər. Alimlər güman edirlər ki, həmin planetlərin yerləşdikləri planet sistemində digər planetlər də mövcuddur. Kəşf edilmiş planetlərdən biri HD 260655 b, digəri isə HD 260655 adını əldə edib. Bununla yanaşı alimlər kosmik teleskop vasitəsilə əldə edilmiş məlumatları analiz edərək bu yeni planetlərin özəlliklərini təyin edə biliblər.


- Öz ulduzuna ən yaxın olan HD 260655 b planeti Yer kürəsindən təqribi olaraq 1.2 dəfə böyükdür və 2 dəfə daha böyük kütləyə sahibdir. O öz ulduzu ətrafında tam dövrü 2.8 günə reallaşdırır

- HD 260655 planeti isə Yer kürəsindən 1.5 dəfə böyükdür və 3 dəfə daha böyük kütləyə sahibdir. O öz ulduzu ətrafında tam dövrü 5.7 günə reallaşdırır.

    “Bizim əldə etdiyimiz məlumatlar onu göstəriblər ki, həmin planetlərdə çox güman ki, bizim bildiyimiz formada həyat növü mövcud deyil. Həmin planetlərin sahib olduqları qırmızı cırtdanın bizim Günəşdən fərqli olaraq daha soyuq və aşağı parlaqlığa sahib olmasına baxmayaraq planetlər ona çox yaxın məsafədə yerləşirlər” - deyə alimlər qeyd ediblər.

    Alimlər hesab edirlər ki, HD 260655 b planetində ortalama temperatur 435 dərəcə Selsi, HD 260655 planetində isə ortalama temperatur 284 dərəcə Selsi təşkil edir. Mütəxəssislər bildiriblər ki, həmin planetlərin səthlərində suyun maye formasında mövcud olması mümkün deyil. Belə ki, temperatur göstəriciləri çox yüksəkdir. “5 və ya 6 planetdən ibarət çoxlu sayda planet sistemi mövcuddur. Bu əsasən sözügedən qırmızı cırtdan kimi ulduzları əhatə edir. Ola bilsin ki, biz bu planet sistemində qırmızı cırtdandan daha uzaq məsafədə yerləşən digər planetlər aşkar edə bildik” - deyə mütəxəssislər qeyd ediblər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Ayda nüvə energetikası: NASA Yer kürəsinin peykində nüvə enerqosistemini yaratma..

NASA ABŞ Energetika Nazirliyi ilə birlikdə Ayda yerüstü nüvə enerqosisteminin yaradılması layihəsi ü..


Günəş səthində böyüməkdə davam edən nəhəng ləkə güclü partlayışa səbəb olacaq..

20 iyun tarixində Günəş səthində nəhəng ləkə əmələ gəlib. 21 iyun tarixində isə onun ölçüsü 2 dəfə b..


Məşhur fizik: 'İnsanlar Marsa 2040-cı illərdən tez yollana bilməyəcəklər'..

Məşhur ingilis fizik Brian Cox-un sözlərinə əsasən insanlar 2040-cı ilə kimi Marsa uçuş barəsində dü..


Kompüter modelləşdirməsi Venera atmosferində həyat növünün olmadığını göstərib..

2020-ci ilin sentyabr ayında bir qrup amerikalı alim Venera atmosferinin yuxarı laylarında fosfin ma..


Alimlər Yupiterin nəhəng ölçüsünün səbəbini təyin ediblər

NASA-nın Juno adlı kosmik aparatı sonunda Yupiter planetinin bulud örtüyünün daxilinə nəzər yetirməy..


Saatda 2.2 milyon km sürət: Süd Yolu qalaktikasının ən sürətli kosmik obyektləri..

Amerikalı astronomlar Süd Yolu qalaktikasının ən sürətli kosmik obyektlərindən birini kəşf ediblər...

×