main-post-cover

    Alimlər tarix ərzində qeydiyyata alınmış ən hündür sunami barəsində danışıblar

    Süni İntellekt
    10.04.2022
    Farid Pardashunas
        1958-ci ilin iyul ayında Alyaskanın cənub-şərq sahilində 8.3 bal gücündə zəlzələ baş vermişdi. Baş vermiş həmin zəlzələ nəhəng sürüşməyə və həmin sürüşmə öz növbəsində nəhəng sunami dalğasının yaranmasına səbəb olmuşdu. Məlumata əsasən həmin sunami dalğası indiyənə kimi Yer kürəsi planetində qeydiyyata alınmış ən böyük dalğa olub. Zəlzələ nəticəsində baş vermiş sürüşmə Alyaskanın cənub-şərqindəki Lituya körfəzindəki suya düşüb. Alimlərin hesablamalarına əsasən nəticədə yaranmış sunami dalğasının hündürlüyü 524 metr təşkil edib. Bu isə Kiyevdə yerləşən “Ana Vətən” adlı heykəlin hündürlüyündən (102 metr) 5 dəfə, Nyu Yorkda yerləşən məşhur Empire State Building adlı göydələnin hündürlüyündən (443 metr) isə dəfələrlə yüksəkdir.
        “Bu, tarixdə qeydə alınmış ən böyük dalğadır. Mən düşünürəm ki, keçmişdə bundan da yüksək dalğalar olub. Lakin onlar uzaq keçmişdə baş veriblər və onları yalnız geoloji çöküntülər vasitəsilə qiymətləndirmək olar” - deyə Corciya Texnologiya İnstitutunun alimi Hermann Fritz qeyd edib. Alimin sözlərinə əsasən Lituya körfəzindəki sürüşmə zamanı suya təqribi olaraq 30 milyon kub metr süxur düşüb. Məhz bu, nəhəng sunami dalğasının yaranmasına gətirib çıxardıb. Bundan əlavə olaraq dalğanın hündürlüyünə həmçinin körfəzin forması da təsir göstərib.
    Lituya körfəzi:
        Lituya körfəzi dik yamaclara sahib uzun və dar sahilyanı körfəzdir. Körfəzin uzunluğu təqribi olaraq 14.5 km, eni isə 3.2 km təşkil edir. Körfəzin ən dərin hissəsinin dərinliyi 220 metrdir. “Sürüşmə nəticəsində yaranan adi sunami zamanı dalğalar yelpik şəklində yayılırlar. Lakin Lituya körfəzinin dik yamacları və dar forması dalğanın bir istiqamət üzrə hərəkət etməsinə səbəb olub. Nəticədə suyun hansısa əlavə yerlərə düşməyə şəraiti olmadığı üçün o, yuxarı istiqamətə yönəlib və buna görə də dalğanın ümumi hündürlüyü bu qədər yüksək olub” - deyə Hermann Fritz qeyd eidb. Alimin sözlərinə əsasən bu cür sunamilərə kütləvi informasiya vasitələrində meqasunamilər deyilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər