Alimlər tərəfindən hazırlanmış yeni vaksin qocalıq prosesini işə salan hüceyrələri məhv edir

Alimlər tərəfindən hazırlanmış yeni vaksin qocalıq prosesini işə salan hüceyrələri məhv edir

Süni zəka və Elm
20.12.2021 PAYLAŞIM

    Yaponiyalı alimlər qocalan hüceyrələrlə mübarizə məsələsində ciddi nailiyyətə sahib olublar. Belə ki, onlar qocalan hüceyrələri (zombi hüceyrələr) məhv etməyi bacaran xüsusi vaksin hazırlaya biliblər. Qeyd etmək lazımdır ki, insan yaşı artdıqca qocalan hüceyrələrin sayı orqanizmdə çoxalır və onlar sağlam hüceyrələrə zərər verməyə başlayırlar. Məlumatda qeyd edilib ki, alimlər tərəfindən hazırlanmış vaksin arterial sərtlik, şəkərli diabet və orqanizmin qocalması ilə əlaqəli olan digər xəstəliklərin müalicəsində istifadə oluna bilər.

    Bölünmə bacarığından məhrum olmuş hüceyrələr qocalan hüceyrələr hesab edilir. Lakin bununla belə onlar heç də ölü hüceyrələr deyillər. Bu cür hüceyrələr yaxınlıqda olan sağlam hüceyrələri zədələyərək orqanizmdə iltihab yaradan kimyəvi maddə ifraz edirlər. Alimlər isə insanların və siçanların qocalmış hüceyrələrində mövcud olan zülalı təyin etməyi bacarıblar. Təyin edilmiş zülal əsasında alimlər peptid vaksin yaradıblar. Sözügedən vaksin vasitəsilə orqanizm antibədənlər ifraz edir və həmin antibədənlər qocalmış hüceyrələrə birləşirlər.


    Nəticədə insan qanında olan leykositlər qocalmış hüceyrələri məhv edirlər. Yaradılmış yeni vaksinin arterial sərtlik xəstəliyinə sahib siçanlar üzərində təcrübədən keçirilməsi nəticəsində çoxlu sayda qocalmış hüceyrələr məhv olublar. Bununla belə qocalmış hüceyrələr tərəfindən zədələnmiş sahələr də kiçiliblər. Alimlər təyin ediblər ki, təcrübədən keçmiş yaşlı siçanlar özlərini daha yaxşı hiss etməyə başlayıblar, onların qocalma prosesləri isə ləngiyib. Qocalmış hüceyrələrin məhv edilməsi üçün nəzərdə tutulmuş digər dərman preparatları ilə müqayisədə yeni vaksin daha böyük effektivlik və daha az yan təsir sərgiləyib. Bu cür vaksin xərçəngə qarşı vasitələrin yaradılması sahəsində inqilabi həllərə yol aça bilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Super Yer sinifinə daxil olan planetlərdə həyat növü daha uzun müddət ərzində mö..

Alimlərin apardıqları yeni tədqiqatlara əsasən Super Yer sinifinə daxil olan planetlərdə həyat növü ..


Alimlər qeyri-adi formaya sahib yeni ekzoplanet aşkar ediblər

İnsanlara məlum olan planetlərin çoxu kürə formasındadır. Lakin ESA-nın (Avropa Kosmik Agentliyi) CH..


Alimlər karlik qalaktikanın mərkəzində ən kiçik qara dəliyi aşkar ediblər..

Alimlər Yer kürəsindən 110 milyon işıq ili uzaqlığında yerləşən Mrk 462 adlı karlik qalaktikada (bir..


Dünyada ilk dəfə xəstə adama GMO donuz ürəyi transplantasiya edilib

Əməliyyat və əməliyyat sonrası proseslərdə həkimlər hələ insanlar üzərində sınaqdan keçirilməmiş xüs..


Çinin Chang'e-5 aparatı Aydakı eniş nöqtəsində su aşkar edibmiş

Çin Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun alimləri Chang’e-5 adlı Ay aparatının ..


Alimlər uzaq məsafədə yerləşən maqnitarın böyük miqdarda enerji ifrazını müşahid..

Alimlər uzaq məsafədə yerləşən maqnitarda (çox güclü maqnit sahəsinə sahib neytron ulduz) çox güclü ..

×