main-post-cover

    Alimlər uzaq məsafədə yerləşən maqnitarın böyük miqdarda enerji ifrazını müşahidə ediblər

    Süni İntellekt
    07.01.2022
    Farid Pardashunas
        Alimlər uzaq məsafədə yerləşən maqnitarda (çox güclü maqnit sahəsinə sahib neytron ulduz) çox güclü şüalanma müşahidə ediblər. Şüalanma çərçivəsində maqnitar kosmosa o dərəcədə çox enerji ifraz edib ki, həmin enerjinin miqdarı 1 milyard ulduzun ifraz etdiyi enerjiyə bərabərdir. Digər bir müqayisəni misal gətirsək, maqnitar tərəfindən ifraz edilmiş enerjinin miqdarı bizim Günəşin 100.000 il ərzində ifraz etdiyi enerjiyə bərabərdir. Müşahidə edilmiş bu hadisə cəmi 0.16 saniyə ərzində baş verib. Güclü enerji ifrazını reallaşdırmış maqnitar NGC 253 adlı qalaktikada yerləşir və həmin qalaktika Yer kürəsindən 13 milyon işıq ili məsafəsindədir. Maqnitarlar çox güclü maqnit sahəsinə sahib xüsusi neytron ulduzlardır və onlar digər neytron ulduzlardan 1000 dəfə daha güclüdürlər.
        Bu cür ulduzlar Günəşdən 10.000 daha parlaq ola bilərlər. Lakin onlarda şüalanma prosesi o dərəcədə sürətlə və gözlənilməz baş verir ki, alimlər onların müşahidə edilməsində çətinliklər çəkirlər. Lakin bu dəfə alimlər bu cür hadisələrdən birini müşahidə etməyi bacarıblar. “Bizim Günəş bu parlaq və sıx ulduzların fonunda kölgədə qalır. Hətta aktiv olmadıqları vaxtlarda da bu cür ulduzlar bizim Günəşdən 100.000 dəfə daha parlaq ola bilərlər.” - deyə mütəxəssislərdən biri qeyd edib. Hal hazırda aşkar edilmiş 3000 ədəd neytron ulduzdan yalnız 30-u maqnitar sinifinə daxildir.
        Müşahidə edilmiş şüalanma hadisəsinin baş verdiyi maqnitar isə indiyənə kimi aşkar edilmiş maqnitarlar arasında ən uzaq məsafədə yerləşəndir. Alimlərin sözlərinə əsasən bu cür şüalanmaların səbəbi ulduz titrəyişləri ola bilər. Bu titrəyişlər maqnitarların xarici layını məhv edirlər. Qeyd etmək lazımdır ki, neytron ulduzlar yüksək kütləli ulduzların öz həyatlarının son mərhələlərində sıxılmaları nəticəsində yaranırlar. Onların diametrləri cəmi 20 km təşkil edir. Neytron ulduzlarındakı maddələr o dərəcədə sıx şəkildə yerləşirlər ki, kiçik qənd miqdarında olan maddənin çəkisi 1 milyard ton təşkil edə bilər. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər