Alimlər: 'Venera atmosferində potensial həyat növünün mövcudluğu nəzəri cəhətdən mümkündür'

Alimlər: 'Venera atmosferində potensial həyat növünün mövcudluğu nəzəri cəhətdən mümkündür'

Süni zəka və Elm
27.12.2021 PAYLAŞIM

    Massaçusets Texnologiya İnstitutu ilə Kembric Kardiff universitetlərinin mütəxəssisləri güman edirlər ki, Venera planetinin atmosferində ammonyakın mövcudluğu həyat növünün olmasına işarə edir. Tədqiqatçılar düşünürlər ki, çoxlu sayda sianobakteriyalar tərəfindən ifraz edilən ammonyak planetin buludlarında olan sulfat turşusunu duzlu birləşmələrə çevirir. Bu proses isə bakteriyalar üçün fərdi yaşama mühitini yaradır. Venera Yer kürəsinə ən yaxın olan planetdir. Onun səthindəki temepratur 462 dərəcə Selsiyə çatır. Sözügedən planet sulfat turşusundan ibarət qeyri-şəffaf bulud layı ilə əhatə edilib. Həmin bulud layı isə planetdəki parnik effektini yaradır. Tədqiqatçılar güman edirlər ki, məhz həmin buludlarda həyat növü təkamülə uğramış ola bilər. Belə ki, sözügedən buludlarda temperatur ilə təzyiq bakteriyaların mövcud olmaları üçün daha uyğundur. Planetin müşahidəsi onu göstərib ki, onun atmosferində Veneraya xas olmayan elementlər mövcuddur.

2020-ci ildə alimlər hətta Veneranın atmosferində fosfin qazını aşkar etmişdilər. Heç istisna deyil ki, aşkar edilmiş fosfin qazı mikroorqanizmlər tərəfindən ifraz edilir.

    Lakin daha sonrakı tədqiqatlar nəticəsində məlum oldu ki, planetin atmosferindəki fosfin qazının miqdarı o qədər də çox deyil. Buna baxmayaraq onun mənşəyi hələ də sirr olaraq qalır. Məlumatda qeyd edilib ki, Venera atmosferində fosfin qazının aşkar edilməsi alimlərin sözügedən planetə maraqlarını daha da artırıb. Alimlərin sözlərinə əsasən Venera atmosferində ammonyak olmamalıdır. Belə ki, atmosferdə hidrogen çox az miqdardadır. Tədqiqatçılar bildiriblər ki, abiotik proseslər ammonyakın yaranmasında iştirak qabiliyyətinə sahib deyillər. Lakin buna baxmayaraq Venera-8Pioner adlı aparatlar Venera atmosferində ammonyakın mövcudluğunu sübut ediblər. Alimlər bildiriblər ki, Venera buludlarında yalnız o bakteriyalar sağ qalmış ola bilərlər hansılar ki, ətraf mühiti öz ehtiyaclarının qarşılanması yolunda dəyişə bilmiş olsunlar.


    Alimlər istisna etmirlər ki, Venera atmosferində müşahidə edilən anomaliyalar atmosferə daxil olan toz və minerallar ilə də əlaqəli olsunlar. Lakin bu cür hal vulkanik aktivlik, meteor ilə toqquşma və digər hadisələrə işarə etmiş olardı. Bu ilin iyun ayında NASA bildirmişdi ki, o, Venera üçün nəzərdə tutulmuş 2 tədqiqat missiyası üzərində çalışır. Onların 2028-2030-cu illərdə reallaşdırılması planlaşdırılır. Avropa Kosmik Agentliyi həmçinin Veneraya EnVision adlı kosmik aparatı göndərəcək. Həmin aparat Veneranın bütünlüklə müşahidə edilməsi üçün nəzərdə tutulub. Sözügedən aparatın yaxın onilliklərdə Veneraya göndərilməsi planlaşdırılır. Bu ayın ortalarında isə Massaçusets Texnologiya İnstitutu həmçinin Venera planetinin atmosferinin araşdırılması üçün nəzərdə tutulmuş planını təqdim etmişdi.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Kosmosda ölümdən sonra insan bədəni ilə nə baş verəcək?

Yaxın gələcəkdə kosmik turizmin çox məşhur olacağı faktını nəzərə almaqla, kosmosda baş verə biləcək..


Alimlər: 'Kosmosda uzunmüddətli səyahətlər insan səhhətində problemlərə yol açır..

Alimlər tərəfindən aparılmış yeni tədqiqatların nəticələrinin təqdim olunmasından sonra Mars koloniz..


Saturnun Mimas adlı peykinin səthinin altında okean mövcud ola bilər

Alimlər Saturnun Mimas adlı peykində geoloji aktivliklərin olub-olmadıqları üzrə tədqiqat aparan zam..


Hubble teleskopu karlik qalaktikanın mərkəzində qeyri-adi qara dəlik aşkar edib ..

Alimlər Hubble teleskopu vasitəsilə Kompas bürcündəki Henize 2-10 adlı karlik qalaktikanın (bir neçə..


Marsda həyat növünə daha bir işarə: Curiosity aparatı Mars süxurlarında karbon i..

Mars planetinə eniş etdiyi vaxtdan indiyənə kimi NASA-nın Curiosity aparatı müxtəlif kəşflər edib. ..


Alimlər kainatın görünən hissəsindəki qara dəliklərin saylarını təyin ediblər..

Qara dəlikləri görmək imkanının hələ olmadığına baxmayaraq alimlər onların kainatın görünən hissəsin..

×