Alimlər yadplanetli sivilizasiyaların aşkar edilməsi üçün sadə üsul təklif ediblər

Alimlər yadplanetli sivilizasiyaların aşkar edilməsi üçün sadə üsul təklif ediblər

Süni zəka və Elm
29.04.2022 PAYLAŞIM

    Tədqiqatçılar düşünürlər ki, uzaq planetlərdə inkişaf etmiş sivilizasiyaların texnoloji əlamətlərini bioimzalardan (həyatın keçmişdə və ya indiki zamanda mövcudluğunu elmi cəhətdən sübut edən istənilən həyat fəaliyyəti nəticələrinin təzahürü) daha tez tapmaq mümkündür. Bu cür nəticəyə SETI İnstitutunun tədqiqatçıları gəliblər. Qeyd etmək lazımdır ki, SETI İnstitutu vergilərdən zad edilmiş qeyri-kommersiya məqsədli elmi-tədqiqat təşkilatıdır və onun əsas məqsədi kainatda həyatın yaranması və yayılmasının tədqiq edilməsindədir. Pensilvaniya Universitetindən olan astronom Jason Wright öz həmkarları ilə birlikdə düşünür ki, yadplanetli texnologiyalar bioimzalardan fərqli olaraq daha geniş yayılıb və onları aşkar etmək daha asan prosesdir. Bunlara başqa cür texnoimzalar da deyilir. Bunların sırasına yadplanetli radiosiqnallar, kosmik gəmilər, planetlərdəki süni işıq mənbələri və çirkləndirilmiş atmosfer var.

    Bütün bu göstəricilər yadplanetli sivilizasiyanın mövcudluğuna dair ilk sübutlar ola bilərlər. Wright öz komandası ilə birlikdə güman edir ki, texnoimzaların aşkar edilə biləcəyi planetlər və hətta ulduz sistemlərinin sayı bioloji həyat növü əlamətlərinə sahib planetlərin sayından daha çoxdur. Nəzəriyyəyə əsasən texnoloji inkişaf etmiş yadplanetli sivilizasiyanı Yer kürəsindən aşkar etmək daha asandır. Şüurlu həyat forması radio qəbulediciləri, lazerləri, kosmik gəmiləri və hətta Dayson kürəsini (Frimen Dayson tərəfindən təklif edilmiş astromühəndislik layihəsi / Mərkəzində ulduzun olduğu geniş radiuslu kürə formalı nazik kosmik konstruksiya) yarada bilərlər. Bu halda həmin sivilizasiyalar fərdi texnologiyalarını təkcə öz planetlərinə deyil, həmçinin qonşu planetlərə və hətta digər ulduz sistemlərinə də yaymış ola bilərlər.


    Texnologiyalar hətta onları yaratmış sivilizasiyalardan sonra da mövcudluqlarını davam etdirərək kosmosa texnoimzaları göndərə bilərlər. Astronomlar bu məsələdə insan sivilizasiyasını misal gətiriblər. Belə ki, insan sivilizasiyasının texnologiyaları artıq Günəş sisteminin digər planetlərində mövcuddurlar. Hətta insan sivilizasiyasının bəzi texnologiyaları artıq Günəş sisteminin sərhədindən o tərəfində də yerləşirlər. Jason Wright qeyd edib ki, Günəş sistemində həyat növü yalnız bir planetdə mövcuddur və yalnız o, bioimzaya sahibdir. Lakin buna baxmayaraq bizim sivilizasiya artıq Venera, Mars Yupiter kimi planetlərə öz aparatlarını göndərib. Keçən əsrdə kosmosa göndərilmiş Voyager aparatları isə artıq uzun müddətdir ki, Günəş sistemindən kənarda səyahət edirlər. Tədqiqatçıların sözlərinə əsasən yadplanetli sivilizasiyalar bizim kosmik texnologiyalarımızı artıq aşkar etmiş ola bilərlər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Amerikalı alim: 'Kainatda fiziki qanunları istədikləri kimi dəyişə bilən siviliz..

NASA-nın dəstəyinə sahib olan amerikalı alim Adam Frank yadplanetli sivilizasiyaların öz inkişaf səv..


Hubble teleskopu vasitəsilə kainatın hansı sürətlə genişləndiyi daha dəqiq şəkil..

NASA Hubble kosmik teleskopunun ən böyük işi hesab edilən yeni hesabatı təqdim edib.


James Webb kosmik teleskopu Günəş sistemindəki obyektlərin detallı müşahidəsini ..

James Webb kosmik teleskopu kainatın yaranmasından sonrakı ilk mərhələlərlə yanaşı bizim Günəş siste..


Alimlər Ayda suyun mümkün yaranma səbəbini aydınlaşdırıblar

Kolorado Belroud Universitetinin alimlərinin fikirlərinə əsasən milyardlarla il bundan öncə Yer kürə..


Alimlər plastiki 16 saata parçalayan yeni ferment kəşf ediblər

Almaniyada yerləşən Leypsiq Universitetinin alimləri aşkar ediblər ki, PHL7 adlı ferment polietilent..


Planetin qlobal iqlimi 2021-ci ildə bütün əsas göstəricilər üzrə rekorda imza at..

Ümumdünya Meteorologiya Təşkilatı (BMO) 2021-ci il üzrə yığılmış məlumatlar əsasında planetdəki iqli..

×