Alimlər: 'Yaxın gələcəkdə Yer kürəsində kommunikasiya böhranı yaşana bilər'

Alimlər: 'Yaxın gələcəkdə Yer kürəsində kommunikasiya böhranı yaşana bilər'

Süni zəka və Elm
06.12.2021 PAYLAŞIM

    Kaliforniya Universitetinin mütəxəssislərinin fikirlərinə əsasən irimiqyaslı Günəş fırtınası (Geomaqnit fırtına) bütün dünya üzrə internet kommunikasiyalarının uzun müddət ərzində sıradan çıxmalarına səbəb ola bilər. Məlumatda qeyd edilib ki, bu, hamımızın öyrəşdiyi qısa kəsilmələr olmayacaq. Belə ki, ciddi Günəş fırtınası səbəbilə insanlar aylarla internet bağlantısız qala bilərlər. İnternet bir neçə onillik bundan öncə ixtira edilib. Vəziyyət elə gətirdi ki, həmin zaman kəsiyi minimal Günəş aktivliyi dövrü ilə üst-üstə düşdü. Lakin Günəş dövrü müxtəlif keçid fazalarına sahibdir. Onların bəziləri Yer kürəsində geomaqnit fırtınalarına səbəb olan Günəş fırtınaları ilə üst-üstə düşür.

    Bunun baş verdiyi zaman Günəş kosmosa böyük həcmdə yüklənmiş hissəciklər ifraz edir. Yüklənmiş hissəciklərin daha böyük həcmi planetdəki elektron cihazların sıradan çıxmalarına səbəb ola bilər. Böyük olmayan Günəş fırtınaları daimi şəkildə baş verirlər. Onlar vaxtaşırı planetdəki elektrik sistemlərinin işlərinə, quşların və digər heyvanların miqrasiyalarına və bəzən qısa dalğalı rabitə ilə naviqasiya sistemlərinə təsir göstərirlər. Lakin hər 100 ildə bir dəfə daha güclü Günəş fırtınaları da baş verir. Mütəxəssislərin sözlərinə əsasən son 100 ildə buna bənzər Günəş fırtınası müşahidə edilməyib.


    Buna görə də yaxın gələcəkdə daha ciddi Günəş fırtınasının baş vermə ehtimalı hər il artır. Məlumatda qeyd edilib ki, bu cür Günəş fırtınasından sualtı naqillər zərər çəkə bilərlər. Belə ki, bütün dünyada şəbəkə əlaqələrini təmin edən naqillər məhz onlardır. Alimlər qeyd ediblər ki, Günəş aktivliyinin daha aşağı dövrü artıq sona çatır. Günəş öz dövrünün daha aktiv fazasına daxil olandan sonra Günəş fırtınalarının gücü getdikcə artacaq. Buna görə də mütəxəssislər elektrik cihazlarla bağlı ola biləcək nasazlıqların qarşısını almaq üçün artıq indidən həll üsullarını fikirləşməlidirlər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Super Yer sinifinə daxil olan planetlərdə həyat növü daha uzun müddət ərzində mö..

Alimlərin apardıqları yeni tədqiqatlara əsasən Super Yer sinifinə daxil olan planetlərdə həyat növü ..


Alimlər qeyri-adi formaya sahib yeni ekzoplanet aşkar ediblər

İnsanlara məlum olan planetlərin çoxu kürə formasındadır. Lakin ESA-nın (Avropa Kosmik Agentliyi) CH..


Alimlər karlik qalaktikanın mərkəzində ən kiçik qara dəliyi aşkar ediblər..

Alimlər Yer kürəsindən 110 milyon işıq ili uzaqlığında yerləşən Mrk 462 adlı karlik qalaktikada (bir..


Dünyada ilk dəfə xəstə adama GMO donuz ürəyi transplantasiya edilib

Əməliyyat və əməliyyat sonrası proseslərdə həkimlər hələ insanlar üzərində sınaqdan keçirilməmiş xüs..


Çinin Chang'e-5 aparatı Aydakı eniş nöqtəsində su aşkar edibmiş

Çin Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun alimləri Chang’e-5 adlı Ay aparatının ..


Alimlər uzaq məsafədə yerləşən maqnitarın böyük miqdarda enerji ifrazını müşahid..

Alimlər uzaq məsafədə yerləşən maqnitarda (çox güclü maqnit sahəsinə sahib neytron ulduz) çox güclü ..

×