main-post-cover

    Alimlər Yer kürəsi ölçüsündə olan ekzoplanetdən təkrarlanan radiosiqnal əldə ediblər

    Süni İntellekt
    06.04.2023
    Farid Pardashunas
        Alimlər kosmosdan gəlmiş və daimi şəkildə təkrarlanan radiosiqnalı aşkar edərək onun mənbəyini təyin ediblər. Məlum olub ki, radiosiqnal Yer kürəsi ölçüsündə olan və sərt səthə sahib ekzoplanetdən gəlir. Lakin radiosiqnal böyük ehtimal ilə yadplanetli sivilizasiya tərəfindən göndərilməyib. Aşkar edilmiş bu radiosiqnalın digər maraqlı tərəfi var. Məsələ burasındadır ki, o, ekzoplanetin maqnit sahəsinə sahib ola biləcəyinə işarə edir. Maqnit sahəsi isə atmosferin qorunması və planetdə həyat növünün formalaşması üçün vacib olan faktorlardan biridir.
        İndiyənə kimi Yer kürəsi ölçüsündə olan planetlərin heç birində maqnit sahəsinin mövcudluğu müşahidə edilməyib. YZ Ceti b adlı planet bu məsələdə bir ilk olub. Balina bürcündə yerləşən YZ Ceti adlı ulduz sistemində olan YZ Ceti b adlı planetdən gəlmiş radiosiqnal planetin orbit periodu ilə bir qədər üst-üstə düşmür. Lakin bunun da izahı var. Məsələn ekzoplanetin maqnit sahəsi bir qədər əyilməyə sahib ola bilər. Bu isə radiosiqnalın təkrarlanma perioduna təsir göstərə bilər.
        YZ Ceti b ekzoplaneti öz ulduzu ətrafında tam dövrü 2 günə reallaşdırır. Bu isə o deməkdir ki, ekzoplanet öz ulduzuna çox yaxın yerləşir. Lakin həmin ulduz bizim Günəş kimi parlaq və yüksək temperaturlu deyil. Bununla belə ekzoplanetin onun ətrafında tam dövrü 2 günə reallaşdırması o deməkdir ki, ekzoplanet ona çox yaxın zonada yerləşir. Bu isə o deməkdir ki, planetin səthində su maye formasında mövcud ola bilməz. Burdan da belə qənaətə gəlmək olar ki, onun səthində bioloji həyhat növünün formalaşması üçün münbit şərait böyük ehtimal ilə mövcud deyil. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər