main-post-cover

    Alimlər Yer kürəsində həyatın nə zaman mümkün olmayacağını açıqlayıblar

    Süni İntellekt
    30.09.2021
    Farid Pardashunas
        Beynəlxalq alimlər komandası neçə ildən sonra Yer kürəsində həyatın mümkün olmayacağını və bunun hansı səbəbə görə baş verəcəyini öyrənib. Kanadadan və Böyük Britaniyadan olan alimlər bu məsələ ilə bağlı tədqiqat aparıblar və həmin tədqiqatın nəticələrinə əsasən iqlim dəyişiklikləri səbəbilə artıq 500 ildən sonra Yer kürəsi həyat üçün münbit şəraitə sahib olmayacaq. Həmin vaxta kimi insan sivilizasiyası faktiki olaraq məhv olma astanasında olacaq. Bu, gələcəyin mümkün ssenarilərindən biridir. Ümumilikdə alimlər 3 potensial vəziyyəti modelləşdiriblər. Ən pis halda qlobal istiləşmə, qida məhsullarının çatışmazlığı və münbit torpağın olmama səbəbləri nəticəsində 2500-cü ilə kimi Yer kürəsinin bəzi regionlarında yaşamaq mümkün olmayacaq.
        Elmi tədqiqatlar əsasında hazırlanmış çoxlu sayda hesabat var və həmin heabatlarda iqlim dəyişikliyinin uzunmüddətli nəticələri qeyd edilib. Tərtib edilmiş hesabatlarda parnik qazlarının səviyyələrinin, temperaturun və dəniz səviyyəsinin yüksəlməsinin 2100-cü ilə kimi Yer kürəsinə necə təsir edəcəyi qiymətləndirilib. Məsələn bu məlumatlar əsasında iqlim dəyişikliyi üzrə Paris sazişi tərtib edilib. Bu sazişə əsasən əsrin sonuna kimi qlobal istiləşmə səviyyəsini 2 dərəcə Selsidən aşağı göstəricidə məhdudlaşdırmaq lazımdır. Yeni tədqiqatda alimlər daha da irəli gediblər və çoxlu sayda göstəricini qarşılaşdıraraq 2500-cü ilə kimi Yer kürəsində vəziyyətin necə olacağı barəsində danışıblar. Alimlər qlobal iqlim modelinin proqnozlarını atmosferdə mövcud olan parnik qazları konsentrasiyalarının xarakterik traektoriyaları əsasında tərtib ediblər.
        Alimlərin tərtib etdikləri 3 proqnozda iqlim dəyişikliyinin 3 variantı (parnik qazlarının aşağı, orta və yüksək səviyyədə ifraz olunmaları) hesaba alınıb. Bundan əlavə olaraq alimlər bitkilərin paylanmasını, istilik stressini (orqanizmin artıq istilikdən qurtula bilmədiyi vəziyyət) və əsas kənd təsərrüfatı məhsullarının yetişdirilmə şərtlərini modelləşdiriblər. Bütün bunlar 22-ci əsrin əvvəlindən başlayaraq insanların hansı ekoloji problemlər ilə qarşılaşacaqlarını müəyyən etmək üçün edilib. 3 proqnozdan ikisinə əsasən bitkilərin əksəriyyəti və ən yaxşı əkin sahələri qütblərdə olacaqlar. Amazon çayı kimi vacib ekosistemlər bar verməyən regionlara çevriləcəklər. Bundan əlavə olaraq tropik regionlarda istilik stressi səviyyəsi insanlar üçün ölümcül həddə çata bilər. Bu cür regionlarda yaşamaq mümkün olmayacaq. Nəticədə insanlar nə yaşamaq üçün yer tapa biləcəklər nə də qidalanmaq üçün ərzaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər