main-post-cover

    Alimlər Yupiterin ən böyük peyki Qanimeddə suyun mövcudluğuna dair sübutlar əldə ediblər

    Süni İntellekt
    02.08.2021
    Emil Nəcəfov
        Alimlər Günəş sisteminin ən böyük planeti olan Yupiterin Qanimed adlı ən böyük peykində su buxarının mövcudluğuna dair sübutlar əldə ediblər. Bunun üçün alimlər Hubble teleskopu vasitəsilə əldə olunmuş köhnə fotoları və yeni məlumatları analiz ediblər. Alimlər güman edirlər ki, Qanimedin səthindən 160 km dərinlikdə yerləşən okean Yer kürəsindəki bütün okeanlardan daha böyük su həcminə sahibdir. Peykin səthində olan buz sublimasiya prosesindən keçərək qaza çevrilir.
        Alimlər də məhz həmin qazın mövcudluğunu aşkar ediblər. Onlar 1998-ci ildən 2010-u ilə kimi olmuş spektrometr məlumatlarını 2018-ci ilin fotoları ilə müqayisə ediblər. Qütb parıltısının ultrabənövşəyi fotolara nisbətən yayılmasını təkrar analiz etməklə aydın olub ki, söhbət, atmosferdə suyun aşkar edilməsindən gedir. Alimlər güman edirlər ki, Qanimedin ekvatorundakı temperatur elə bir dərəcəyə qalxır ki, H2O molekulları atmosferə ifraz oluna bilirlər.
        Yaxın illərdə bu məsələ ilə bağlı bir neçə missiyaya start veriləcək. Onlardan birincisi JUpiter ICy Moons Explorer adlı missiyadır. O, 2022-ci ildə start götürəcək. Onun 2029-cu ildə Qanimedə çatması güman edilir. Tədqiqatçıların fikirlərinə əsasən bu yeni kəşf sözügedən missiyanın məqsədlərində dəyişiklik edəcək. Belə ki, bu, Qanimedə mümkün canlı orqanizmlərin mövcud olduqları planetar obyekt kimi baxmaq imkanını verəcək.
    Linki kopyala