Alimlər Yupiterin ən böyük peyki Qanimeddə suyun mövcudluğuna dair sübutlar əldə ediblər

Alimlər Yupiterin ən böyük peyki Qanimeddə suyun mövcudluğuna dair sübutlar əldə ediblər

Süni zəka və Elm
02.08.2021 PAYLAŞIM

    Alimlər Günəş sisteminin ən böyük planeti olan Yupiterin Qanimed adlı ən böyük peykində su buxarının mövcudluğuna dair sübutlar əldə ediblər. Bunun üçün alimlər Hubble teleskopu vasitəsilə əldə olunmuş köhnə fotoları və yeni məlumatları analiz ediblər. Alimlər güman edirlər ki, Qanimedin səthindən 160 km dərinlikdə yerləşən okean Yer kürəsindəki bütün okeanlardan daha böyük su həcminə sahibdir. Peykin səthində olan buz sublimasiya prosesindən keçərək qaza çevrilir.

    Alimlər də məhz həmin qazın mövcudluğunu aşkar ediblər. Onlar 1998-ci ildən 2010-u ilə kimi olmuş spektrometr məlumatlarını 2018-ci ilin fotoları ilə müqayisə ediblər. Qütb parıltısının ultrabənövşəyi fotolara nisbətən yayılmasını təkrar analiz etməklə aydın olub ki, söhbət, atmosferdə suyun aşkar edilməsindən gedir. Alimlər güman edirlər ki, Qanimedin ekvatorundakı temperatur elə bir dərəcəyə qalxır ki, H2O molekulları atmosferə ifraz oluna bilirlər.


    Yaxın illərdə bu məsələ ilə bağlı bir neçə missiyaya start veriləcək. Onlardan birincisi JUpiter ICy Moons Explorer adlı missiyadır. O, 2022-ci ildə start götürəcək. Onun 2029-cu ildə Qanimedə çatması güman edilir. Tədqiqatçıların fikirlərinə əsasən bu yeni kəşf sözügedən missiyanın məqsədlərində dəyişiklik edəcək. Belə ki, bu, Qanimedə mümkün canlı orqanizmlərin mövcud olduqları planetar obyekt kimi baxmaq imkanını verəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Kimyəvi tullantılar səbəbilə kloun balıqların cinsləri erkəkdən dişiyə dəyişir..

Alimlər rif balıqları arasında qeyri-adi çoxalma dövrünü aşkar ediblər. Belə ki, alimlər aşkar edibl..


Avstraliyada insan sivilizasiyasının məhvolma səbəblərini yaddaşına yazacaq qara..

Avstraliyanın dağlarla əhatə olunmuş qranit düzənliyində polad materialdan hazırlanmış nəhəng qutu y..


Alimlər: 'Yaxın gələcəkdə Yer kürəsində kommunikasiya böhranı yaşana bilər'..

Kaliforniya Universitetinin mütəxəssislərinin fikirlərinə əsasən irimiqyaslı Günəş fırtınası (Geomaq..


Alimlər orqanizmdə xərçəng xəstəliyinin yayılmasına şərait yaradan geni deaktiv ..

Xərçəng xəstəliyinin orqanizmdə yayılması prosesini müşahidə edən zaman Prinston Universitetinin ali..


Kvant səviyyəsində zaman eyni anda həm keçmişə həm də gələcəyə doğru axa bilər..

Alimlər güman ediblər ki, superpozisiya vəziyyətində (hansısa obyektin eyni zamanda iki vəziyyətdə m..


Yüksək sürətdə asteroidlə toqquşması planlaşdırılan DART aparatı uğurla kosmosa ..

Bugün səhər saatlarında ABŞ-ın Kaliforniyadakı Vandenberq adlı Kosmik Qüvvələr bazasından SpaceX-in ..

×