Alimlərin fikirlərinə əsasən Amerikadakı ən qədim rəsədxana bilinməyən sivilizasiya tərəfindən inşa edilib

Alimlərin fikirlərinə əsasən Amerikadakı ən qədim rəsədxana bilinməyən sivilizasiya tərəfindən inşa edilib

Süni zəka və Elm
31.03.2022 PAYLAŞIM

    Peruda yerləşən Çankillo adlı arxeoloji kompleks dünyanın heç bir yerində görülməmiş unikal özəlliklərə sahibdir. Belə ki, inklər indiki Peru ərazisində öz imperiyalarını qurmamışdan və Günəş tanrısına sitayiş etməmişdən daha uzun müddət öncə bilinməyən sivilizasiya Amerika kontinentində ən qədim Günəş rəsədaxanasını inşa etmişdi. Sakit okean sahilinə yaxın yerləşən səhrada mövcud olan Çankillo adlı arxeoloji kompleks “13 qüllə” adlı Günəş rəsədxanasından, məbəddən, yaşayış yerlərindən və yerli sakinlərin yığıncaqları üçün nəzərdə tutulmuş yerdən ibarətdir. Alimlərin fikirlərinə əsasən bu arxeoloji kompleks nə vaxtsa müxtəlif ayinlərin keçirilməsi və Günəşin müşahidə edilməsi üçün istifadə edilib. Bundan əlavə olaraq arxeoloqlar belə qənaətə gəliblər ki, bu kompleksi inşa etmiş qədim sivilizasiyanın nümayəndələri Günəş təqvimindən istifadə etməyi bacarıblar.


    Arxeoloqların fikirlərinə əsasən rəsədxananın özü eramızdan əvvəl 500-200-cü illər arasında inşa edilib. Lakin artıq eramızın 1-ci əsrində sözügedən kompleks bilinməyən səbəblərdən atılıb. “13 qüllə” adlı Günəş rəsədxanası ona görə belə adlandırılıb ki, o, 13 ədəd qüllədən ibarətdir və həmin qüllələr şimaldan cənub istiqaməti üzrə təpənin zirvəsində inşa ediliblər. Hər bir qüllə arasındakı məsafə eynidir. Qüllələrdən ibarət bu xəttin uzunluğu təqribi olaraq 300 metr təşkil edir. Qüllələrdən ibarət sözügedən xəttin müxtəlif nöqtələrinə baxan zaman görmək olar ki, bu rəsədxana il ərzində Günəşin doğuşu ilə qürubunun dəqiq mövqeyini göstərir. Məsələn yay gündönümünün baş verdiyi gün Günəşin doğuşu sağ tərəfdən olan ən sonuncu qüllənin sağ hissəsində görünür. Qış gündönümünün baş verdiyi gün isə Günəşin doğuşu sol tərəfdən olan ən son qüllənin sol hissəsində görünür.

    Bu qüllələr o qədər yaxşı şəkildə yerləşdiriliblər ki, təpəyə yaxın olan müşahidəçi bir neçə gün ərzində yalnız Günəş doğuşunu və qürubunu müşahidə etməklə ilin hansı fəslinin hökm sürdüyünü təyin edə bilərdi. Məsələn sentyabrda gecə və gündüzün bərabər olduğu anı Günəşin altıncı və yeddinci qüllənin arası istiqamətində qürubu sayəsində təyin etmək olar. Bu cür rəsədxananı inşa etmiş qədim sivilizasiya barəsində demək olar heç bir məlumat yoxdur. Lakin çox güman ki, həmin sivilizasiya Amerikanın ən qədim sivilizasiyalarından biri olub. O, yaşca inklərin sivilizasiyasından 1000 il böyükdür. Çankillo kompleksi Kasma Seçin adlı çayların arasındakı sahil səhrasında yerləşir. Buna görə də arxeoloqlar bu kompleksi inşa etmiş qədim sivilizasiyaya Kasma-Seçin adını veriblər. Keçən il bu kompleks UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdi.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Almaz yağışlarının yağdıqları planet: Alimlər Neptun planetinin maraqlı özəllikl..

Neptun planeti Urandan sonra Günəş sisteminin ikinci buz nəhəngidir. O, Yer kürəsindən fərqli olaraq..


Alimlər yadplanetli həyat növünü hansı planetlərdə axtarmaq lazım olduğunu öyrən..

Kopenhagen Universitetindən olan alimlər belə qənaətə gəliblər ki, yadplanetli həyat növünün axtarış..


Yer kürəsini əhatə edən vacib məlumatların vahid ehtiyat kopyasının Ayda saxlanm..

Məlumatda qeyd edilib ki, Yer kürəsini əhatə edəcək vacib məlumatlar Aydakı serverlərdə saxlanılacaq..


Kainatda işıq sürətindən daha yüksək sürətlə hərəkət etmək mümkündürmü?..

Fizika qanunlarına əsasən kainatda heç bir şey işıq sürətindən daha yüksək sürətlə hərəkət edə bilmə..


Amerikalı alim: 'Kainatda fiziki qanunları istədikləri kimi dəyişə bilən siviliz..

NASA-nın dəstəyinə sahib olan amerikalı alim Adam Frank yadplanetli sivilizasiyaların öz inkişaf səv..


Hubble teleskopu vasitəsilə kainatın hansı sürətlə genişləndiyi daha dəqiq şəkil..

NASA Hubble kosmik teleskopunun ən böyük işi hesab edilən yeni hesabatı təqdim edib.

×