main-post-cover

    Alimlərin fikrincə Yer kürəsinin nüvəsi fırlanmağı dayandırıb və əks istiqamətdə fırlanmağa başlaya bilər

    Süni İntellekt
    24.01.2023
    Emil Nəcəfov
        Çinli alimləri heyrətləndirici müşahidələrindən xəbər veriblər. Onların aparmış olduqları müşahidələrə əsasən Yer kürəsinin nüvəsi fırlanma prosesini dayandırıb və o, növbəti mərhələdə əks istiqamətdə fırlanmağa başlaya bilər. Əgər bu məlumat təsdiqlənsə, deməli planetin davranışında olan açıqlanması qəliz prosesləri (sutkaların davamlılıqlarındakı dəyişikliklər, ani iqlim dəyişikliyi, okean səviyyəsinin artması-azalması və s.) sadə üsul ilə izah etmək mümkün olacaq. Yer kürəsi nüvəsinin dəyişən fırlanma sürəti barəsində ilk inandırıcı məlumatlar hələ keçən əsrin 90-cı illərində əldə edilib. Alimlərin heç də hamısı həmin məlumatlara inanmır. Lakin onların tərəfdarları da var.
        Onların fikirlərinə əsasən dəmir nikel ərintisindən təşkil edilmiş daxili nüvə maqnit qravitasiya güclərinin kompleksli təsirləri nəticəsində fırlanır. Bunun əsas səbəbi isə daxili nüvə ilə mantiya layının müxtəlif cinsli olmalarındadır. Başqa sözlə desək, həm maqnit sahəsi həm də qravitasiya tərəfindən təyin edilən güc nöqtələri var və əgər bu iki güc bir-birini tənzimləmirsə, Yer kürəsinin nüvəsi ya sürətlənəcək ya da sürətini azaldacaq. Bu məlumatların doğru olub-olmaması üçün alimlər keçən əsrin 60-cı illərindən indiyənə kimi olmuş seysmik məlumatları araşdırıblar. Nəticədə onlar Yer kürəsinin daxili nüvəsinin dəyişən fırlanma nəzəriyyəsinə daha çox əmin olublar.
        Yeni məlumatlara əsasən planetin daxili nüvəsinin fırlanma periodu 60-70 il təşkil edir. Yer kürəsinin daxili nüvəsinin fırlanma sürəti hal hazırda keçən əsrin 70-ci illərində olmuş fırlanma sürətinə bərabərdir. Alimlər hətta ehtimal edirlər ki, hal hazırda daxili nüvə fırlanma prosesini demək olar dayandırıb və o, əks istiqamətdə fırlanmağa başlaya bilər. Əgər bu məlumatlar təsdiqlənsə, onların vasitəsilə Yer kürəsinin öz oxu ətrafında fırlanma sürətinin azalmasını və hətta qlobal iqlim dəyişikliklərini izah etmək mümkün olar.
    Linki kopyala