main-post-cover

    Almaniyada 3 il müddətinə qeyd-şərtsiz əsas gəlirin testinə start verilir

    Süni İntellekt
    20.08.2020
    Farid Pardashunas
        Bu həftədən başlayaraq 120 nəfər alman hər ay 1200 avro vəsait əldə edəcək və Almaniyanın iqtisadi tədqiqatlar institutunun mütəxəssisləri hər ay ödəniləcək məbləğin həmin insanların həyatlarına necə təsir edəcəklərini analiz edəcəklər. Sözügedən təcrübənin əsas məqsədi qeyd-şərtsiz əsas gəlirin məqsədsiz həyata stimullaşdırmasını və ya həyatı cəmiyyət üçün daha faydalı etdiyini öyrənməkdir. Bu barədə Business Insider saytı xəbər verib. Təcrübə çərçivəsində Almaniyanın 120 nəfər vətəndaşı 3 il ərzində hər ay 1200 avro vəsait əldə edəcək.
        Bu vəsait ölkədə olan yaşayış minimumundan bir qədər yüksəkdir. Təcrübə Mein Grundeinkommen adlı özəl fond tərəfindən yığılmış xeyriyyə vəsaitinin hesabına aparılır. Təcrübədə iştirak edən hər bir şəxs mütəmadi olaraq öz işi, həyatı və emosional vəziyyəti barədə anket suallarına cavab verməlidir. Daha sonra Almaniyanın iqtisadi tədqiqatlar institutunun mütəxəssisləri həmin şəxslərin təcrübələrini 1380 nəfərdən ibarət digər təcrübi qrupu ilə müqayisə edəcək. Bundan sonra məlum olacaq ki, qeyd-şərtsiz əsas gəlir nəzərə çarpacaq dərəcədə təsir göstərir yoxsa yox.

    Qeyd etmək lazımdır ki, qeyd-şərtsiz əsas gəlir - dövlətin öz bütün vətəndaşlarına onların yaşlarından, səhhətlərinin vəziyyətlərindən və işləyib-işləmədiklərindən asılı olmayaraq hər ay müəyyən vəsaitin ödəməsi imkanını verən iqtisadi ideyadır.

        Vətəndaşlar isə əldə etdikləri vəsaitlər vasitəsilə lazımi məhsulları ala, kirayə qaldıqları evlərin aylıq ödənişlərini və s. edə bilərlər. Bu iqtisadi ideyanın tərəfdarları əmindirlər ki, qeyd-şərtsiz əsas gəlir insanlar arasındakı bərabərsizliyi aşağı salacaq və onlara stabil maliyyə hissini bəxş edərək onların həyatlarını yaxşılaşdıracaq. İdeyaya qarşı çıxanlar isə əmindirlər ki, qeyd-şərtsiz əsas gəlir insanlarda məqsədsiz həyat hissinin formalaşmasına gətirib çıxaracaq. Buna baxmayaraq bir sıra ölkələrdə bu ideyanın işə salınması nəzərdən keçirilir. Əsasən də pandemiya dövrü kimi bir vaxtda. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər