Logo
    main-post-cover

    Almaniyanın Build adlı məşhur qəzeti bəzi jurnalistləri və redaktorları süni zəka ilə əvəz edəcək

        Avropada ən böyük satışlara sahib olan Almaniyanın Bild qəzeti bəzi redaksiya vəzifələrini süni zəka ilə əvəz etməyi planlaşdırır. “Təəssüflər olsun ki, Bild qəzeti rəqəmsal dünyada süni zəka və ya avtomatlaşdırılmış proseslər vasitəsilə reallaşdırılan tapşırıqları yerinə yetirən əməkdaşlarla vidalaşır” - deyə Axel Springer SE nəşriyyatının sahibi əməkdaşlara məktubunda qeyd edib. Məktubda bildirilib ki, bəzi jurnalistlərin, redaktorların və foto redaktorların rolları artıq bugünki kimi vacib olmayacaq. Bild qəzeti hansı sayda işçinin süni zəka ilə əvəzlənəcəyi barəsində məlumata sahib deyil. Bununla belə qəzet təmsilçiləri bildirblər ki, onlar məcburi şəkildə işdən azad olunma hallarından yan keçməyə çalışacaqlar. Bundan əlavə olaraq bildirilib ki, qəzet redaksiyasının əmək haqqı fondu ixtisar olunacaq. Almaniya Jurnalistlər Assosiasiyası Axel Springer SE nəşriyyatının bu qərarını kəskin şəkildə tənqid edib.
    Paylaş
    Bənzər xəbərlər