Logo
    main-post-cover

    Alphabet süni intellektə yatırımları artırır

        Alphabet süni intellekt sahəsindəki investisiyalarını sürətləndirmək məqsədilə 80 milyard dollar həcmində yeni maliyyə vəsaiti cəlb etməyi planlaşdırdığını açıqlayıb. Şirkətin yaydığı məlumata görə, bu vəsait səhmlərin satışı hesabına əldə ediləcək və əsasən süni intellekt infrastrukturu, məlumat emalı mərkəzləri və hesablama gücünün artırılması üçün istifadə olunacaq. Alphabet bildirib ki, vəsait "ümumi korporativ məqsədlər, o cümlədən AI infrastrukturu və qlobal hesablama imkanlarının genişləndirilməsi" üçün yönləndiriləcək.
    Alphabet, Inc. | History, Products, & Business Segments | Britannica Money
        Planın bir hissəsi olaraq, 10 milyard dollarlıq səhmlərin Berkshire Hathaway şirkətinə satılması nəzərdə tutulur. Şirkət uzun illər məşhur investor Warren Buffett tərəfindən idarə olunub. Alphabet açıqlamasında qeyd edib ki, həm müəssisələr, həm də fərdi istifadəçilər tərəfindən şirkətin AI həllərinə olan tələbat hazırkı imkanları üstələyir. Bu səbəbdən şirkət qarşıdakı illərdə yaranacaq böyük bazar imkanlarından yararlanmaq üçün infrastrukturunu daha da genişləndirmək istəyir.
        Şirkət əlavə edib ki, səhmlərin satışı yolu ilə maliyyə cəlb etmək həm AI investisiyalarını sürətləndirməyə, həm də balans hesabatını sağlam saxlamağa imkan verəcək. Qeyd edək ki, son aylarda texnologiya nəhəngləri arasında süni intellekt sahəsinə rekord həcmdə investisiyalar yatırılır. Ötən ay keçirilən Google I/O 2026 tədbirində Google-un baş direktoru Sundar Pichai şirkətin 2026-cı ilin sonuna qədər kapital xərclərinə (CapEx) 180-190 milyard dollar arasında vəsait ayıracağını bildirmişdi.
    Paylaş