Amazon AI şirkətləri üçün media kontent bazarı qurmağa hazırlaşır
Süni İntellekt
12.02.2026
Ilhama
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Amazon-un süni intellekt şirkətlərinə media kontentini lisenziyalaşdırmaq üçün xüsusi bir “kontent bazarı” yaratmağı planlaşdırdığı bildirilir.
The Information nəşrinin hesabatına istinadən, Amazon hazırda media və nəşriyyat rəhbərləri ilə görüşlər keçirir və qarşıdan gələn AWS konfransı öncəsi təqdimat materiallarında “kontent marketplace” anlayışına yer verib. Bu platforma vasitəsilə media şirkətləri öz məqalə, xəbər və digər materiallarını birbaşa AI şirkətlərinə lisenziya əsasında sata biləcəklər.
Amazon məsələ ilə bağlı konkret təsdiq verməsə də, şirkət bildirib ki, AWS, pərakəndə satış, reklam, AGI və Alexa sahələrində nəşriyyatlarla işləyir və hazırda açıqlaya biləcəyi spesifik məlumat yoxdur.
Bu təşəbbüs süni intellekt modellərinin müəllif hüquqları ilə qorunan materiallar əsasında öyrədilməsi ilə bağlı artan hüquqi mübahisələr fonunda gündəmə gəlib. Daha əvvəl yayılan araşdırmalarda böyük AI modellərinin istifadə etdiyi Common Crawl arxivinin ödənişli (paywall) jurnalistikaya çıxış imkanı yaratdığı iddia olunmuşdu. Təşkilat isə bu ittihamları rədd edir.
Paylaş