main-post-cover

    Amazon-da ChatGPT vasitəsilə yazılmış çoxlu sayda elektron kitab satışa çıxıb

    Süni İntellekt
    22.02.2023
    Farid Pardashunas
        İnsanların neyron şəbəkələrinə süni zəka əsaslı təkmilləşdirilmiş ChatGPT çat-botuna maraqlarının artması öz növbəsində OpenAI şirkətinin süni zəka sistemi tərəfindən yazılmış çoxlu sayda elektron kitabın ortaya çıxmasına səbəb olub. Reuters saytının əməkdaşları Amazon Kindle platformasını analiz edərək bu cür nəticəyə gəliblər. Bu məsələdə Nyu-York ştatının Roçester şəhərindən olan Brett Schickler adlı satıcının hekayəsini misal gətirmək olar. Hələ bir neçə müddət bundan öncəyə kimi Brett dərc olunacaq kitabın müəllifi olacağını belə təsəvvür etmirdi. Lakin ChatGPT-nin istifadəyə verilməsindən sonra o özünü yazıçı kimi sınamaq qərarına gəlib.
        Təkmilləşdirilmiş çat-botun köməkliyi ilə 30 səhifəlik uşaq kitabının yazılması üçün Brett-ə yalnız bir neçə saat vaxt lazım olub. Daha sonra o, çat-botun köməkliyi ilə yazılmış kitabın Amazon platformasında elektron versiyasını 2.99$-a, fiziki versiyasını isə 9.99$-a satışa çıxardıb. “The Wise Little Squirrel: A Tale of Saving and Investing” adlı kitab alıcılar arasında böyük tələbata səbəb olmasa da Brett-ə 100$ gəlir əldə etməyə imkan verib. Kitab satışından əldə edilmiş gəlir çox böyük olmasa da, bu, professional olmayan müəllifləri süni zəka alqoritmləri vasitəsilə yeni kitabların tərtib edilməsinə sövq edə bilər. Bu ayın ortasına olan statistikaya əsasən Amazon Kindle platformasında ChatGPT-nin müəllif və ya həmmüəllif kimi qeyd edildiyi 200-dən çox kitab satışa çıxarılıb,
        Amazon-da həmçinin yeni altjanr da ortaya çıxıb və ona tamamilə süni zəka alqoritmləri tərəfindən tərtib edilmiş materiallar aiddir. Lakin müəlliflərin çoxu öz kitablarında çat-botdan istifadə etdiklərini qeyd etmədikləri üçün neyron şəbəkəsi tərəfindən tərtib edilmiş materialların real sayını təyin etmək mümkün deyil. Görünür, ChatGPT kitab sahəsini tamamilə dəyişmək nöqtəsinə gəlib çatıb. Bu sahədə yeni fəaliyyətə başlamış müəlliflər daha tez gəlir əldə etmək üçün elektron kitabların tərtib edilməsi mövzusunda süni zəka əsaslı proqram təminatına müraciət edirlər. Daha sonra onlar tərtib edilmiş elektron kitabı Kindle Direct Publishing üzərindən dərc etdirərək onların monetizasiyalarını reallaşdırırlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər