Amazon “Fallout” səhvindən sonra AI video xülasələrini geri çəkib
Süni İntellekt
12.12.2025
Sevinc
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Amazon Prime Video süni intellektlə hazırladığı video xülasə funksiyasını müvəqqəti olaraq platformadan çıxarıb. Şirkət keçən ay “Video Recaps” adlı xüsusiyyəti test etməyə başlamışdı. Bu funksiya serialın əsas hadisələrini analiz edərək qısa video xülasə hazırlayır, AI səsli mətn və serialdan görüntülər təqdim edirdi.
Lakin xüsusilə “Fallout” serialının 1-ci sezon xülasəsində ciddi səhvlər aşkarlanıb. AI Walter Goggins-in canlandırdığı The Ghoul obrazının keçmişə aid səhnələrini səhvən “1950-ci illərin Amerikası” kimi göstərmişdi. Halbuki həmin səhnələr 2077-ci ilə aiddir.
Hazırda AI video xülasələri testdə olan bütün seriallardan (Fallout, The Rig, Jack Ryan, Upload və Bosch) tam şəkildə yığışdırılıb. Amazon hələlik rəsmi bir açıqlama verməyib.
Paylaş