Logo
    main-post-cover

    Amazon film və serial istehsalında AI dövrünü başladır

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, keçən ilin yayında Amazon MGM Studios film və serial istehsal prosesini optimallaşdırmaq üçün xüsusi AI Studio yaradıb. Bu studiya əsasən kadrlar arasında personajların vizual ardıcıllığını qorumaq, həmçinin pre-production və post-production mərhələlərini daha səmərəli etmək məqsədi daşıyırdı.
    Amazon results and outlook fall short as warehouse, fuel costs soar |  Reuters
        Reuters agentliyinin məlumatına görə, artıq bu AI alətləri daxili test mərhələsini başa vurub. Amazon mart ayından etibarən qapalı beta proqramına start verəcək və sənaye üzrə seçilmiş tərəfdaşları bu alətləri sınaqdan keçirməyə dəvət edəcək. Şirkət ilkin nəticələrin may ayında paylaşılacağını bildirib. TechCrunch-un sorğusuna isə Amazon əlavə detal açıqlamayıb.
        AI Studio məşhur prodüser və yaradıcılarla əməkdaşlıq edir. Bunlara “Maleficent” filmi ilə tanınan Robert Stromberg, “The Big Bang Theory” serialının aktyoru Kunal Nayyar və Pixar-ın keçmiş animatoru Colin Brady daxildir. Amazon texniki dəstək üçün Amazon Web Services imkanlarından istifadə edir və bir neçə böyük dil modeli (LLM) provayderi ilə işləməyi planlaşdırır.
        Layihənin rəhbəri Albert Cheng vurğulayıb ki, əsas məqsəd yaradıcı heyəti əvəzləmək deyil, onların işini asanlaşdırmaqdır. AI alətləri xərcləri azaltmağa, istehsal prosesini sürətləndirməyə xidmət edəcək, eyni zamanda intellektual mülkiyyətin qorunmasına xüsusi diqqət yetiriləcək. Amazon-un “House of David” serialının ikinci mövsümündə 350-yə yaxın AI ilə yaradılmış kadrın istifadə olunması buna nümunə kimi göstərilir.
     
    Paylaş