Amazon Fire TV yeni AI funksiyasını təqdim etdi
Süni İntellekt
04.12.2025
Sevinc
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Amazon Fire TV istifadəçiləri artıq Prime Video-da filmlərin istədikləri səhnəsinə sadəcə təsvir edərək keçə biləcəklər. Şirkət elan edib ki, Alexa+ dəstəyi ilə gələn bu yeni süni intellekt funksiyası tamaşaçılara klassik axtarış prosesini keçmədən, birbaşa istədikləri anı tapmağa şərait yaradır.
Amazon-un açıqlamasına görə, istifadəçilər səhnəni təsvir edərkən aktyor və ya obrazın adını, yadda qalan sitatları və ya səhnənin ümumi məzmununu qeyd edə bilərlər. Məsələn: “Mamma Mia filmində Sofi “Honey Honey” oxuduğu səhnəyə keç” və ya “Deloris Jordan-ın ‘A shoe is just a shoe…’ dediyi səhnəyə keç”.
Alexa+ filmin adını qeyd etməsəniz belə səhnəni tanıya bilir. Bu texnologiya film altyazılarını və vizual elementləri analiz edərək personajları, hadisələri və səhnənin kontekstini başa düşür, daha sonra isə uyğun səhnəni ekrana gətirir.
Yeni funksiya Amazon-un Bedrock platforması üzərində qurulub və Amazon Nova, Anthropic Claude kimi müxtəlif böyük dil modellərindən istifadə edir. Hazırda minlərlə film və on minlərlə indekslənmiş səhnə bu xüsusiyyəti dəstəkləyir. Şirkət tezliklə funksiyanı seriallar üçün də əlçatan etməyi planlaşdırır.
Paylaş