Logo
    main-post-cover

    Amazon OpenAI-a 50 milyard dollar sərmayə qoymağa hazırlaşır

         Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Amazon süni intellekt şirkəti OpenAI-a 50 milyard dollar həcmində sərmayə yatırmaq üçün danışıqlar aparır. The Wall Street Journal-ın yazdığına görə, bu potensial razılaşma OpenAI-ın planlaşdırdığı 100 milyard dollarlıq yeni investisiya raundunun mühüm hissəsi ola bilər.
         Hazırda təxminən 500 milyard dollar dəyərində qiymətləndirilən OpenAI, bu maliyyələşmə raundu tamamlandıqdan sonra dəyərini 830 milyard dollara qədər yüksəldə bilər. Bildirilir ki, danışıqlara Amazon-un baş icraçı direktoru Andy Jassy və OpenAI-ın rəhbəri Sam Altman şəxsən rəhbərlik edir. Hər iki şirkət mövzu ilə bağlı rəsmi açıqlama verməyib.
        OpenAI əlavə maliyyə axtarışları çərçivəsində Yaxın Şərqin dövlət sərvət fondları ilə yanaşı, Nvidia, Microsoft və SoftBank ilə də danışıqlar aparır. The New York Timesın məlumatına görə, bu tarixi investisiya razılaşmasının 2026-cı ilin birinci rübünün sonuna qədər bağlanması gözlənilir.
    Paylaş