Logo
    main-post-cover

    Amazon-un süni intellekt planı: 25 milyard dollarlıq yeni maliyyə paketi

        Amazon süni intellekt sahəsində yatırımlarını sürətləndirmək məqsədilə ən azı 25 milyard dollar dəyərində istiqraz buraxaraq bu ilin ən böyük borclanma əməliyyatlarından birini həyata keçirib. Şirkət cəlb etdiyi vəsaiti əsasən data mərkəzlərinin tikintisinə, AI infrastrukturunun genişləndirilməsinə və özünün hazırladığı Trainium çiplərinin inkişafına yönəldəcək. Şirkətin istiqraz buraxılışı 2029-cu ildən 2066-cı ilə qədər müxtəlif ödəmə müddətlərini əhatə edən səkkiz hissədən ibarətdir. Bu isə Amazon-a uzunmüddətli və nisbətən aşağı maliyyətli maliyyələşmə imkanı yaradır.
    How Amazon Makes Money
        Amazon-un son illərdə ən böyük investisiyaları bulud xidməti olan Amazon Web Services (AWS) üzərindən həyata keçirilir. Şirkət həm müştərilərinin böyük süni intellekt modellərini işlətməsi üçün yeni data mərkəzləri qurur, həm də NVIDIA çiplərindən asılılığı azaltmaq məqsədilə özünün hazırladığı Trainium AI prosessorlarına sərmayəni artırır. Məlumata görə, investorlardan ilkin mərhələdə təxminən 62 milyard dollarlıq sifariş gəlsə də, istiqrazların son şərtləri dəqiqləşdirildikdən sonra bu rəqəm 41 milyard dollara enib. Buna baxmayaraq, tələb yenə də satış həcmini təxminən 1,6 dəfə üstələyib.
        Amazon bildirib ki, 2026-cı il ərzində əlavə borclanma planlaşdırmır. Şirkət cari ildə ümumilikdə təxminən 200 milyard dollar kapital xərci həyata keçirməyi planlaşdırır ki, bu da bütün iri bulud texnologiyası şirkətləri arasında ən yüksək göstəricidir.
     
    Paylaş