Logo
    main-post-cover

    Amazon-un Texasdakı AI layihəsi rekord həcmdə karbon emissiyası yarada bilər

        Amazon-un ABŞ-nin Texas ştatında planlaşdırdığı nəhəng məlumat mərkəzi ölkənin ən böyük karbon emissiyası mənbələrindən birinə çevrilə bilər. “The New York Times”ın məlumatına görə, Amazon Texasın Pekos dairəsində yeni məlumat mərkəzi və onu enerji ilə təmin edəcək xüsusi elektrik stansiyası inşa etməyi planlaşdırır. Təbii qazla işləyəcək stansiyaya ildə 33 milyon tona qədər karbon qazı (CO₂) emissiyasına icazə verilib. Bu göstərici reallaşarsa, sözügedən obyekt ABŞ-dəki istənilən elektrik stansiyasından daha çox karbon emissiyası yarada bilər.
    Amazon's biggest AI data center is now operational in Indiana, powering  Anthropic without Nvidia
        Amazon nümayəndəsi məlumat mərkəzinin yeni, yerli enerji istehsalı hesabına işləyəcəyini təsdiqləyib. Şirkət bildirir ki, bunun sayəsində məlumat mərkəzinin fəaliyyəti Texas sakinlərinin elektrik enerjisi xərclərinin artmasına səbəb olmayacaq. Məsələ xüsusilə süni intellekt texnologiyalarının sürətli inkişafı fonunda diqqət çəkir. AI sistemlərinin işlədilməsi üçün böyük hesablama gücü tələb edən məlumat mərkəzlərinin sayı artır və onların enerji istehlakı texnologiya şirkətlərinin karbon emissiyalarına təsir göstərir.
        Amazon-un açıqladığı göstəricilərə əsasən, şirkətin karbon emissiyaları ötən il 16 % artıb. Halbuki Amazon 2040-cı ilə qədər fəaliyyətindən qaynaqlanan karbon emissiyalarını sıfıra endirməyi hədəfləyir. Amazon nümayəndəsi şirkətin iqlim öhdəliyinin qüvvədə qaldığını bildirib və qeyd edib ki, “Climate Pledge” təşəbbüsünün yaradıldığı dövrlə müqayisədə dünya və enerji tələbatı əhəmiyyətli dərəcədə dəyişib.
    Paylaş