Amerikalı alim: 'Qaranlıq materiya kosmik gəmilər üçün yanacaq rolunda çıxış edə bilər'

Amerikalı alim: 'Qaranlıq materiya kosmik gəmilər üçün yanacaq rolunda çıxış edə bilər'

Süni zəka və Elm
18.03.2022 PAYLAŞIM

    Amerikalı alimin sözlərinə əsasən əgər insan sivilizasiyası qaranlıq materiya ilə qarşılıqlı əlaqədə olmaq imkanına sahib olsaydı, bu, bizim sivilizasiyanı tamamilə dəyişərdi. Nyu Yorkda yerləşən Yeşiva Universitetinin alimi Ed Belbruno-nun fikrincə qaranlıq materiya ulduzlararası səyahətlərdə istifadə ediləcək kosmik gəmilər üçün yanacaq rolunda çıxış edə bilər. İnsan sivilizasiyası isə bu halda limitsiz enerji ehtiyatı əldə edə bilər. Qaranlıq materiyanın təbiəti hələ də sirr olaraq qalır.

    “Biz, qaranlıq materiyanın əslində nə olduğunu bilməyənə kimi heç kim ondan nə cür istifadə etmək lazım olduğunu anlamayacaq. Mən güman edirəm ki, qaranlıq materiya digər qalaktikaların müşahidəsi zamanı işığı qırılmağa məcbur edirsə, bu, çox güclü materiyadır və onu çox güman ki, yeni enerji mənbəyi kimi istifadə etmək olar” - deyə alim qeyd edib. Alim onu da qeyd edib ki, qaranlıq materiyanın təbiətinin aydın olması üçün çox zaman lazım ola bilər.


    “İnsan sivilizasiyasının qaranlıq materiya ilə qarşılıqlı əlaqədə olma imkanına sahib olması üçün yüzlərlə və hətta minlərlə il lazım ola bilər. Lakin bu, inanılmaz enerji mənbəyi ola bilər. Onun vasitəsilə bizim kosmik gəmilərimiz ulduzlararası məsafəni tez bir zamanda qətt edə bilərlər” - deyə alim əlavə edib. Alimin fikrincə qaranlıq materiyanın tərkibini elə bir maddə təşkil edir ki, o, kainatın müşahidəsi sahəsində inqilabi həllərə yol açacaq. Bundan əlavə olaraq alim bildirib ki, NASA qaranlıq materiyanın axtarışı ilə məşğul ola biləcək xüsusi kosmik aparatların yaradılması ilə də məşğul olur. 



DAHA ÇOX


Samsung süni zəka əsaslı çat-botunu hazırlamağa başlayıb

Son aylar ərzində generativ süni zəka sistemlərinin və onların əsasında çalışan çat-botların istifad..


Süni zəka tərəfindən tərtib edilmiş mətnləri demək olar 100%-lik dəqiqliklə təyi..

ABŞ-ın Kanzas Universitetinin mütəxəssisləri alimlər tərəfindən yazılmış elmi məqalələri və s. mater..


OpenAI şirkəti GPT-5 dil modelinin təlimatlandırılmasına hələ start verməyib..

Hələ bir neçə müddət bundan öncə OpenAI şirkəti bildirmişdi ki, o, ChatGPT-nin əsasında olan GPT-4 d..


Virtual testlərdə süni zəka hərbi obyekti məhv etməyi qadağan etmiş operatora hü..

İT sahənin müxtəlif mütəxəssisləri potensial təhlükələrdən yayınmaq üçün hələ bir neçə müddət bundan..

×