main-post-cover

    Amerikalı alimlər: 'Yadplanetli sivilizasiyalar ulduzları siqnalların ötürülməsi üçün istifadə etmiş ola bilərlər'

    Süni İntellekt
    19.07.2022
    Farid Pardashunas
        Amerikalı alimlər potensial yadplanetlilər tərəfindən göndərilə biləcək siqnalların necə təyin edilmələri üzrə yeni nəzəriyyəni irəli sürüblər. Tədqiqatçıların fikirlərinə əsasən bu və ya digər yadplanetli sivilizasiya ulduzlardan istifadə edərək özünün ulduzlararası əlaqə şəbəkəsini qurmuş ola bilər. Əgər bu həqiqətən də belədirsə, deməli biz, Günəş sayəsində ötürülən siqnalları dinləyə bilərik. Vaxtı ikən Albert Eynşteyn Ümumi nisbilik nəzəriyyəsi çərçivəsində qravitasiya linzası halını proqnozlaşdırmışdı. Qravitasiya linzasının əsas ideyası ondan ibarətdir ki, yüksək kütləli kosmik obyektlər (ulduzlar, qalaktikalar, qalaktikalar qruplaşması və s.) Yer kürəsindən uzaqda yerləşən fon obyektlərindən gələn işığın istiqamətini dəyişirlər. Nəticədə uzaqda yerləşən kosmik obyektlərin işıqları qravitasiya linzası rolunda çıxış edən obyektlərdən keçərək fokuslanır və güclənirlər. Bunun sayəsində alimlər işıqları birbaşa təyin edilə bilinməyən ulduzlar ilə qalaktikaları müşahidə edə bilirlər.

    Lakin Pensilvaniya Ştatı Universitetinin alimləri güman edirlər ki, qravitasiya linzasını həmçinin radiosiqnalların gücləndirilməsi üçün də istifadə etmək olar və çox güman ki, yüksək inkişaf səviyyəsinə sahib yadplanetli sivilizasiyalar artıq bu cür üsuldan istifadə edirlər.

        Buna görə də potensial yadplanetli sivilizasiyalar siqnalları gücləndirməyə qadir olan ulduzlardan istifadə edərək özlərinin ulduzlararası əlaqə şəbəkələrini yaratmış ola bilərlər. Alimlər düşünürlər ki, bu halda bizim Günəş qalaktikamızdakı radiosiqnalların ötürülməsi üçün nəzərdə tutulmuş nöqtələrdən biri ola bilər. Bu cür siqnalları təyin etmək mümkün olsa, bu, bizim, kainatda tək canlı varlıqlar olmadığımızı sübut edəcək. Tədqiqatçıların irəli sürmüş olduqları nəzəriyyəyə əsasən yadplanetli sivilizasiyalar Yer kürəsində mobil telefonların əlaqə şəbəkələrinə bənzəyən bir şəbəkə yaradıblar. İnsanların zəng edib və ya zəngləri qəbul etmələri üçün elektromaqnit dalğalar mobil şəbəkə qüllələrinə ötürülür və ordan yayılmağa davam edirlər. Bu halda bizim qalaktikamızdakı mobil şəbəkə qüllələri qismində məhz ulduzlar çıxış edirlər.
        “Siqnalların ötürülməsi üçün nəzərdə tutulmuş aparatların Günəş ətrafında düzgün şəkildə yerləşdirilməsi halında Günəş qravitasiya linzası rolunda çıxış edərək həmin aparatdakı siqnalları gücləndirəcək və digər nöqtələrə ötürəcək. Biz həmçinin düşünürük ki, bu cür siqnalları əldə etmək də olar” - deyə Pensilvaniya Ştatı Universitetinin mütəxəssisi Nick Tusay qeyd edib. Alimlər hətta bizə yaxın olan Alfa-Sentavr adlı ulduz sistemindən gələ biləcək siqnalları təyin etməyə çalışıblar. Lakin onlar hələ ki, heç bir şey aşkar etməyiblər. “Biz öz nəzəriyyəmizi sadəcə 1 dəfə yoxlamışıq. Ola bilər ki, bizim apardığımız test zamanı ümumiyyətlə heç bir siqnal ötürülməsi reallaşdırılmayıb. Ola bilsin ki, biz öz hesablamalarımızda hansısa səhvə yol vermişik. Biz öz nəzəriyyəmizin doğruluğunu təsqid etmək niyyətindəyik” - deyə Nick Tusay bildirib. Alimlərin fikrincə qravitasiya linzası üsulu vasitəsilə təkcə siqnalları təyin etmək yox həmçinin gələcəkdə digər ulduz sistemlərinə göndəriləcək kosmik gəmilər ilə əlaqə də yaratmaq mümkündür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər