main-post-cover

    Andromeda qalaktikası ilə bizim qalaktikanın toqquşma prosesinin ilkin mərhələsi artıq start götürüb

    Süni İntellekt
    29.08.2020
    Farid Pardashunas
        Alimlərin proqnozlarına əsasən 4 milyard il sonra Süd Yolu qalaktikası bizə ən yaxın olan Andromeda qalaktikası ilə toqquşacaq. Məlum olub ki, bu proses artıq öz startını götürüb. Astronomlar aşkar ediblər ki, Andromeda-nın nəhəng qalosu (qalaktikanın görünməz komponenti) Süd Yolu qalaktikasının oreoluna təzyiq göstərməyə başlayıb. Bu barədə Newatlas saytı xəbər verib. Qalo qaz və plazmadan ibarət sferik formalı örtükdür. Bu örtük qalaktikanı əhatə edir və milyonlarla işıq ili məsafəsinə uzana bilir. Adətən qalonu aşkar etmək çox qəliz məsələdir.
        Lakin ondan qəliz məsələ qalonu kosmik xəritəyə yerləşdirməkdir. Belə ki, qalonun daxilində olan molekullar çox yüksək səviyyədə diffuziyaya uğrayırlar və demək olar heç şüalanma ifraz etmirlər. Lakin tədqiqatçılar Andromeda-nın qalosunu strukturlaşdıra biliblər. Bununla da onlar öyrəniblər ki, o artıq bizim Süd Yolu qalaktikamıza daxil olmağa başlayıb. Məlum olub ki, Andromeda qalosu bəzi istiqamətlərdə 2 milyon işıq ili məsafəyə kimi uzanır və artıq Süd Yolu qalaktikasının oreoluna təzyiq göstərməyə başlayıb. Hələki bu proses başlanğıc mərhələdədir. Lakin 4 milyard ildən sonra iki qalaktika toqquşmalıdır.
        Əgər Andromedanın qalosunu Yer kürəsindən adi gözlə görmək olsaydı mənzərə belə olacaqdı:
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər