Logo
    main-post-cover

    Anthropic CEO-su Davosda Nvidia və ABŞ hökumətini sərt tənqid etdi

         Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Anthropic şirkətinin baş icraçı direktoru Dario Amodei Davosda keçirilən Dünya İqtisadi Forumunda ABŞ hökumətinin Nvidia və AMD istehsalı olan yüksək performanslı süni intellekt çiplərinin Çinə satışına icazə verməsini kəskin şəkildə tənqid edib.
         ABŞ administrasiyası daha əvvəl tətbiq etdiyi məhdudiyyətləri yumşaldaraq Nvidia-nın H200 çiplərinin və AMD-nin oxşar məhsullarının “təsdiqlənmiş” Çinli müştərilərə satılmasını rəsmi şəkildə qəbul edib. Bu çiplər ən yeni modellər olmasa da, süni intellekt üçün kritik əhəmiyyət daşıyan yüksək güclü prosessorlar hesab olunur.
         Bloomberg-in baş redaktoru ilə müsahibəsində danışan Amodei bu qərarın ABŞ üçün ciddi təhlükəsizlik riskləri yaratdığını bildirib. Onun sözlərinə görə, ABŞ hazırda çip texnologiyasında Çindən illərlə öndədir və bu üstünlüyün qorunmaması böyük strateji səhv olar.
         Amodei gələcək süni intellekt modellərini “məlumat mərkəzində yaşayan dahilər ölkəsi”nə bənzədərək, bir ölkənin nəzarətində olan milyonlarla super-intellektual sistemin milli təhlükəsizlik üçün ciddi təhdid yarada biləcəyini vurğulayıb. O, ABŞ-nin bu çipləri ixrac etməsini “Şimali Koreyaya nüvə silahı satmağa bənzər” addım kimi dəyərləndirib.
    Paylaş