Logo
    main-post-cover

    Anthropic-in Claude xidməti genişmiqyaslı kəsinti ilə üzləşdi

        Technote.az "TechCrunch” platformasına istinadən bildirir ki, Anthropic şirkətinin süni intellekt platforması Claude genişmiqyaslı texniki problemlə üzləşib. Minlərlə istifadəçi xidmətə daxil olmaqda çətinlik çəkdiyini bildirib.
        Problem həm Claude.ai veb platformasını, həm də Claude Code xidmətini əhatə edib. Lakin şirkətin açıqlamasına görə, Claude API normal fəaliyyətini davam etdirir. Əsas nasazlıq istifadəçilərin sistemə giriş və çıxış (login/logout) prosesində yaranıb. Şirkətin status səhifəsində qeyd olunub ki, problem müəyyən edilib və aradan qaldırılması üçün işlər aparılır. Lakin kəsintinin səbəbi barədə hələlik detallı açıqlama verilməyib.
        Bu texniki nasazlıq Claude-a marağın artdığı bir dövrə təsadüf edir. Son günlərdə tətbiq ABŞ-də App Store siyahısında sürətlə yüksələrək uzun müddətdir zirvədə olan ChatGPT tətbiqini geridə qoyub. Artan diqqətin səbəblərindən biri də ABŞ hökuməti ilə bağlı mübahisələrdir. Donald Trump federal qurumlara Anthropic məhsullarından istifadəni dayandırmağı tövsiyə edib. Səbəb isə şirkətlə Müdafiə Nazirliyi arasında süni intellekt modellərinin kütləvi daxili müşahidə və ya tam avtonom silah sistemlərində istifadəsi ilə bağlı təhlükəsizlik məsələləri ətrafında yaranmış fikir ayrılığıdır.
        ABŞ Müdafiə naziri Pete Hegseth isə şirkətin təchizat zənciri üçün risk kimi qiymətləndirilə biləcəyini bildirib. Bununla belə, Anthropic rəsmi şəkildə hər hansı hüquqi bildiriş almadığını açıqlayıb.
    Paylaş