Logo
    main-post-cover

    Anthropic-in yüksəlişi OpenAI investorlarını narahat etməyə başlayıb

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, süni intellekt bazarında rəqabət daha da sərtləşir. Belə ki, son aylarda Anthropic şirkətinin sürətli böyüməsi bəzi OpenAI investorlarında narahatlıq yaradıb. Financial Times nəşrinin yaydığı məlumata görə, OpenAI-ın hazırkı 852 milyard dollarlıq qiymətləndirilməsi artıq bəzi investorlar tərəfindən həddindən artıq yüksək hesab olunur.    
    Amazon-Anthropic Vs. Microsoft-OpenAI: What's The Difference? | CRN
        Məlumata əsasən Anthropic-in illik gəliri 2025-ci ilin sonundakı 9 milyard dollardan, bu ilin mart ayının sonuna qədər 30 milyard dollara yüksəlib. Şirkətin bu qədər sürətli böyüməsinin əsas səbəbi isə proqramçılar üçün təqdim etdiyi süni intellekt əsaslı kod yazma alətlərinə olan böyük tələbatdır. Həm Anthropic, həm də OpenAI-a yatırım etmiş investorlardan biri bildirib ki, OpenAI-ın bu qədər yüksək qiymətləndirməsini əsaslandırmaq üçün şirkətin gələcəkdə ən azı 1.2 trilyon dollarlıq IPO dəyərinə çatacağına inanmaq lazımdır. Bu isə investorların fikrincə Anthropic-in hazırkı 380 milyard dollarlıq dəyərini daha sərfəli göstərə bilər.
        Hazırda ikinci bazarda da oxşar tendensiya müşahidə olunur. Belə ki, Anthropic səhmlərinə maraq rekord səviyyəyə çatdığı halda, OpenAI səhmləri endirimli qiymətlərlə dövriyyəyə çıxır. Analitiklər hesab edirlər ki, Anthropic-in sürətli inkişafı süni intellekt bazarında güc balansını dəyişə və OpenAI üzərində təzyiqi daha da artıra bilər.
    Paylaş