Anthropic şirkəti Claude 3.5 Sonnet adlı yeni süni zəka modelini təqdim edib
Süni İntellekt
21.06.2024
Emil Nəcəfov
Süni zəka sahəsində fəaliyyət göstərən və Claude adlı məşhur süni zəka əsaslı çat-botu ilə tanınan Anthropic şirkəti öz yeni süni zəka modelini təqdim edib və təqdim edəndən sonra dərhal onu istifadəyə verib. Şirkətin yeni süni zəka modeli Claude 3.5 Sonnet adlanır. Şirkətin sözlərinə əsasən sözügedən yeni süni zəka modeli öz imkanları baxımından OpenAI şirkətinin GPT-4o və Google şirkətinin Gemini modelləri ilə eyni səviyyədədir və hətta onları geridə qoya bilər. Claude 3 Sonnet kimi Claude 3.5 Sonnet də Claude çat-botunun həm pulsuz həm də ödənişli versiyasının istifadəçiləri üçün aktivdir.
Məlumata əsasən yeni süni zəka modeli Anthropic tərəfindən bir neçə ay bundan öncə istifadəyə verilmiş və ilkin mərhələdə Claude çat-botunun yalnız ödənişli versiyasının istifadəçiləri üçün aktiv olmuş Claude 3 Opus adlı süni zəka modelinin təkmilləşdirilmiş versiyasıdır. Claude 3.5 Sonnet iki dəfə daha sürətli çalışır və müxtəlif tapşırıqların yerinə yetirilməsi mövzusunda daha yaxşı nəticələri sərgiləyir. Bu yeni süni zəka modeli artıq Claude çat-botunun standartı hesab edilir. Claude 3.5 Sonnet faktiki olaraq Anthropic şirkətinin GPT-4o-ya cavabıdır.
Məlumatda qeyd edilib ki, Anthropic tərəfindən aparılmış 9 performans testindən 7-də yeni süni zəka modeli GPT-4o-nu, Gemini 1.5 Pro-nu və Meta şirkətinin Llama 3 400B adlı süni zəka modelini geridə qoya bilib. Göründüyü kimi süni zəka sahəsində şirkətlər arasındakı yarış aktiv şəkildə davam edir. Anthropic-dən əlavə olaraq son aylar ərzində OpenAI və Google kimi şirkətlər öz süni zəka modellərinin təkmilləşdirilmiş versiyalarını təqdim ediblər. Bununla belə hər yeni süni zəka modeli və ya onun təkmilləşdirilmiş versiyası olduqca diqqət çəkən nəticələr sərgiləyirlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Microsoft ilə Amazon-un süni zəka sahəsindəki müqavilələrinin araşdırılmasına start verilib
Microsoft ilə Amazon-un süni zəka sahəsindəki müqavilələrinin araşdırılmasına start verilib
Böyük Britaniyanın Rəqabət və Bazarlar Üzrə İdarəsi (CMA) Microsoft və Amazon-un süni zəka ilə bağlı bir neçə müddət bundan öncə olmuş müqavilələrinə dair istintaqa start verib.
Amazon süni zəka şirkəti Anthropic-ə əlavə 2.75 milyard dollar investisiya yatırıb
Amazon süni zəka şirkəti Anthropic-ə əlavə 2.75 milyard dollar investisiya yatırıb
Amazon süni zəka sahəsində fəaliyyət göstərən Anthropic şirkətinə keçən ilin sentyabr ayında 1.25 milyard dollar investisiya yatırmışdı.
Anthropic şirkəti öz Claude adlı çat-botunun yeni versiyasını istifadəyə verib
Anthropic şirkəti öz Claude adlı çat-botunun yeni versiyasını istifadəyə verib
Süni zəka sahəsində fəaliyyət göstərən Anthropic şirkəti özünün Claude adlı süni zəka əsaslı çat-botunun yeni versiyasını istifadəyə verib.
Texnoloji şirkətlərin süni zəka startaplarına investisiyaları ABŞ tənzimləyici orqanı tərəfindən araşdırılır
Texnoloji şirkətlərin süni zəka startaplarına investisiyaları ABŞ tənzimləyici orqanı tərəfindən araşdırılır
ABŞ Federal Ticarət Komissiyası (FTC) süni zəka sahəsində fəaliyyət göstərən perspektivli startaplara milyardlarla dollar investisiya yatırmış böyük texnoloji şirkətlər barəsində istintaqa start verib.
Google şirkəti OpenAI rəqibinə 2 milyard dollar investisiya yatıracaq
Google şirkəti OpenAI rəqibinə 2 milyard dollar investisiya yatıracaq
Google OpenAI şirkətinin rəqibi hesab edilən Anthropic şirkətinə 2 milyard dollar investisiya yatırmağı planlaşdırır.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!