Anthropic şirkəti öz Claude adlı çat-botunun yeni versiyasını istifadəyə verib
Süni İntellekt
05.03.2024
Emil Nəcəfov
Süni zəka sahəsində fəaliyyət göstərən Anthropic şirkəti özünün Claude adlı süni zəka əsaslı çat-botunun yeni versiyasını istifadəyə verib. Çat-botun istifadəyə verilmiş yeni versiyası Claude 3 Opus adlanır. Şirkət bildirib ki, Claude 3 Opus bəzi faktorlar baxımından digər analoqlardan daha üstündür. Məlumatda qeyd edilib ki, Claude 3 Opus əsasən elmi məlumatlarla çalışmada, riyazi tapşırıqların yeirnə yetirilməsində və proqram təminatı kodunun tərtibatında böyük effektivliyə sahibdir.
Anthropic şirkətinin icraçı direktoru Dario Amodei bildirib ki, Claude 3 Opus OpenAI şirkətinin GPT-4 və Google şirkətinin Gemini sistemini bu və digər mövzularda üstələyir. Claude 3 Opus aylıq abunəlik tarifi üzrə təqdim edilir və ondan aylıq istifadə haqqı 20$ təşkil edir. Lakin istifadəçilər çat-botun daha sadələşdirilmiş və pulsuz versiyasından istifadə edə bilərlər. Söhbət, Claude 3 Sonnet-dən gedir. Çat-botun hər iki versiyası mətnli sorğuların emalı ilə yanaşı təsvirlərin, qrafiklərin və diaqramların analizlərini də reallaşdıra bilərlər. Bununla yanaşı Anthropic-in korporativ müştəriləri şirkətin bu texnologiyalarından istifadıə edərək fərdi çat-botlarını da yarada bilərlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Texnoloji şirkətlərin süni zəka startaplarına investisiyaları ABŞ tənzimləyici orqanı tərəfindən araşdırılır
Texnoloji şirkətlərin süni zəka startaplarına investisiyaları ABŞ tənzimləyici orqanı tərəfindən araşdırılır
ABŞ Federal Ticarət Komissiyası (FTC) süni zəka sahəsində fəaliyyət göstərən perspektivli startaplara milyardlarla dollar investisiya yatırmış böyük texnoloji şirkətlər barəsində istintaqa start verib.
Google şirkəti OpenAI rəqibinə 2 milyard dollar investisiya yatıracaq
Google şirkəti OpenAI rəqibinə 2 milyard dollar investisiya yatıracaq
Google OpenAI şirkətinin rəqibi hesab edilən Anthropic şirkətinə 2 milyard dollar investisiya yatırmağı planlaşdırır.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!