Logo
    main-post-cover

    Anthropic SpaceX ilə razılaşdı

        Technote.az “Engadget” platformasına istinadən bildirir kiAnthropic ilə SpaceX arasında əldə olunan yeni razılaşma süni intellekt sahəsində diqqətçəkən əməkdaşlıqlardan birinə çevrilib. Razılaşmaya əsasən, Claude AI modelinin yaradıcısı olan Anthropic artıq SpaceX-in “Colossus 1” adlı nəhəng məlumat mərkəzinin bütün hesablama gücündən istifadə edə biləcək. Şirkətlər bildiriblər ki, yaxın bir ay ərzində bu data mərkəzinə əlavə 300 meqavatdan çox güc əlavə olunacaq.
        Yeni əməkdaşlıq fonunda Anthropic, Claude Code istifadəçiləri üçün limitləri də artırdığını açıqlayıb. Şirkətin sözlərinə görə, Pro, Max, Team və Enterprise plan istifadəçiləri artıq əvvəlki ilə müqayisədə iki dəfə çox istifadə limitinə sahib olacaq. Bundan əlavə, Pro və Max istifadəçiləri üçün “pik saat” məhdudiyyətləri ləğv edilir, Claude Opus modelləri üçün API limitləri isə əhəmiyyətli dərəcədə artırılır.
        Maraqlısı isə odur ki, bu əməkdaşlıq Elon Musk ilə Anthropic rəhbərliyi arasındakı keçmiş gərginlik fonunda baş verir. Musk daha əvvəl Anthropic-i “misanthropic və evil” adlandırmış, CEO Dario Amodei-ni dəfələrlə tənqid etmişdi. Lakin son paylaşımında Musk Anthropic komandası ilə görüşdüyünü və onların “bəşəriyyət üçün faydalı AI yaratmağa çalışdıqlarından təsirləndiyini” bildirib.
     
    Paylaş