Anthropic yeni bulud provayderi ilə 10 milyard dollarlıq müqavilə imzaladı
Süni İntellekt
04.08.2026
Sevinj
Süni intellekt sahəsində fəaliyyət göstərən Anthropic hesablama gücünə (compute) olan artan tələbatını qarşılamaq üçün yeni yaradılmış Volta bulud şirkəti ilə 10 milyard dollar dəyərində, 6 illik müqavilə imzalayıb. Bloomberg-in məlumatına görə, bu razılaşma Volta üçün ilk böyük müqavilə olmaqla yanaşı, Anthropic-in infrastrukturunu daha da genişləndirməsi istiqamətində atdığı növbəti addımdır.
Maraqlısı isə odur ki, Volta cəmi bir neçə həftə əvvəl fəaliyyətə başlayıb və hələ yeni bazara daxil olan startap hesab olunur. Buna baxmayaraq, Anthropic şirkəti ona milyardlarla dollarlıq etimad göstərərək uzunmüddətli əməkdaşlığa qərar verib.
Anthropic artıq hesablama gücünü yalnız bir mənbədən almır. Şirkətin əsas investorlarından olan Amazon indiyədək ona 25 milyard dollara qədər investisiya yatırıb və böyük hissədə hesablama infrastrukturu təqdim edir. Bundan əlavə, Anthropic Google-un TPU çiplərindən geniş istifadə edir, AMD ilə 5 milyard dollarlıq əməkdaşlıq çərçivəsində Claude modelini işlətmək üçün iki giqavatlıq GPU infrastrukturu qurulur. CoreWeave, Akamai və hətta SpaceX də şirkətə hesablama resursları təqdim edən tərəfdaşlar sırasındadır.
Paylaş
