
Apple 3 foto əsasında 3D obyektlər yaradan süni zəka alqoritmi hazırlayıb
Süni İntellekt
14.05.2025
Emil
Apple-ın machine learning komandası Nankin Universiteti və Honq Konq Elm və Texnologiya Universitetinin tədqiqatçıları ilə birlikdə Matrix3D adlı 3D süni zəka modelini hazırlayıb. Bu model cəmi bir neçə 2D fotoya əsaslanaraq 3D obyektləri və səhnələri bərpa etməyə imkan verir. Matrix3D, böyük fotoqrammetrik modellər (Large Photogrammetry Model) kateqoriyasına aiddir. Fotoqrammetriya - fotolardan istifadə edərək obyektlər haqqında məlumat əldə etmək və 3D modellər və ya xəritələr yaratmaq üçün ölçmələr aparmaq üsuludur.

Hazırda bu proses müxtəlif modellərin istifadəsini - pozanın qiymətləndirilməsi və dərinliyin proqnozlaşdırılmasını əhatə edir ki, bu da bəzən qeyri-dəqiqliyə səbəb ola bilər. Matrix3D isə bu əməliyyatları vahid şəkildə yerinə yetirməyə imkan verir. Model şəkilləri, kamera parametrlərini (məsələn, bucaq və fokus məsafəsi), dərinlik məlumatlarını qəbul edir və birləşdirilmiş arxitektura vasitəsilə emal edir. Bu isə prosesi həm sadələşdirir, həm də dəqiqliyi artırır. Matrix3D modelinin öyrədilməsi üçün maskalanmış öyrənmə strategiyasından istifadə olunub.
Bu strategiya çərçivəsində tədqiqatçılar məlumatların bir hissəsini gizlədir və bu da modelin həmin boşluqları öz-özünə doldurmağı öyrənməsinə səbəb olurdu. Bu metod əsas əhəmiyyət daşıyır, çünki modeli effektiv şəkildə hətta az və ya natamam məlumat dəstləri ilə öyrətməyə imkan verir. Nəticədə, cəmi 3 giriş şəkli ilə Matrix3D obyektlərin və hətta bütöv mühitlərin ətraflı 3D rekonstruksiyasını yarada bilir. Bu isə Apple Vision Pro kimi immersiv qurğularda istifadə oluna bilər. Tədqiqatçılar Matrix3D-nin mənbə kodunu GitHub-da yerləşdiriblər. Onlar həmçinin modelin imkanları ilə daha ətraflı tanış olmaq üçün xüsusi veb sayt da yaradıblar.
Mənbə: 9to5mac
Paylaş
Ən çox oxunanlar

Enerjinin naqilsiz şəkildə ötürülməsində yeni rekorda imza atılıb
