main-post-cover

    Apple CEO-dan süni intellekt açıqlaması: "Biz birinci olmaq niyyətində deyilik"!

    Süni İntellekt
    22.10.2024
    Farid Pardashunas

         Son illərdə süni intellektdə irəliləyişlər rəqabət yaradıb. Apple, Apple Intelligence ilə rəqiblərindən geridə qaldığına görə, bəzi tənqidlərlə üzləşib. CEO Tim Cook isə bu tənqidlərə cavab verib.

         Wall Street Journal-a verdiyi müsahibədə Tim Cook bildirib ki, Apple azı 10 ildir maşın öyrənməsi adı altında süni intellekt üzərində çalışır. Cook, süni intellekti ilk olaraq özlərinin inkişaf etdirmədiklərini vurğulayıb, lakin müştərilərə ən yaxşı təcrübəni təqdim etməyi hədəflədiklərini qeyd edib.
         “İlk olmaqla bağlı heç bir problemimiz yoxdur. Görünən odur ki, həqiqətən möhtəşəm bir şey yaratmaq vaxt tələb edir" deyə Cook bildirib. O, sözlərinə belə davam edib: “Bu, çoxlu təkrarlamalar tələb edir. Hər detalı düşünmək lazımdır. Bəzən bunu etmək daha çox vaxt ala bilər. Belə bir məhsul yaratmaq və insanlara bu cür fayda vermək üçün daha uzun vaxt tələb olunsa belə, tələsib, ilk çıxarmağa çalışmaq yerinə, biz bu yolu seçərik. Əgər hər ikisini edə bilsək, bu əla olar, amma yalnız birini edə bilsək, buradakı heç kimin şübhəsi olmaz. 100 nəfərə soruşsanız, hamısı sizə belə deyər: Ən vacib olan ən yaxşı olmaqdır”.
         Cook bildirib ki, Apple Intelligence-ın xülasə xüsusiyyətlərindən tez-tez istifadə edir. O hətta artıq gələn elektron məktublarını xülasə edərək oxuduğunu qeyd edib və süni intellekt xüsusiyyətlərinin hər kəsin həyatını dəyişəcəyini əlavə edib. Bir çox süni intellekt xüsusiyyətini əhatə edən Apple Intelligence, növbəti bir neçə ay ərzində mərhələli şəkildə istifadəyə veriləcək. İlk versiyanın 28 oktyabr 2024-cü ildə təqdim edilməsi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple-dan şok etiraf: “Rəqiblərimizdən 2 il geridəyik!”.
    apple-dan-sok-etiraf-reqiblerimizden-2-il-gerideyik
    Gələn il üçün gözlənilən iPhone 17 Air barəsində yeni məlumatlar verilib
    gelen-il-ucun-gozlenilen-iphone-17-air-baresinde-yeni-melumatlar-verilib
    iPad mini 7-nin performansı iPhone 15 Pro Max-ın performansı ilə müqayisə edilib
    ipad-mini-7-nin-performansi-iphone-15-pro-max-in-performansi-ile-muqayise-edilib
    11-ci nəsil adi iPad planşetini bu il gözləmək lazım deyil
    11-ci-nesil-adi-ipad-plansetini-bu-il-gozlemek-lazim-deyil
    Apple eynəklərsiz 3D kontenti əks etdirə biləcək proyektoru patentləşdirib
    apple-eyneklersiz-3d-kontenti-eks-etdire-bilecek-proyektoru-patentlesdirib