Apple ilə əməkdaşlıqdan sonra Google-un dəyəri 4 trilyon dolları keçdi
Süni İntellekt
13.01.2026
Sevinc
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Apple-ın verdiyi yeni qərar texnologiya bazarında böyük rezonans doğurub. Bazar ertəsi günü Apple rəsmi olaraq açıqladı ki, Siri-nin süni intellektə əsaslanan yeni versiyası Google tərəfindən hazırlanmış Gemini modeli ilə işləyəcək.
Bu xəbərin ardından Google-un ana şirkəti olan Alphabet tarixində ilk dəfə olaraq bazar dəyərini 4 trilyon dollar səviyyəsinə çatdırdı. Bununla da Alphabet bu həddi aşan dördüncü texnologiya nəhəngi oldu. Daha əvvəl bu göstəriciyə Nvidia, Apple və Microsoft nail olmuşdu. Maraqlıdır ki, həmin şirkətlərin bir qismi artıq yenidən 4 trilyon dollar səviyyəsindən aşağı düşüb. Bu isə göstərir ki, fond bazarında belə rekordlar olduqca dəyişkəndir və istənilən vaxt itirilə bilər. CNBC-nin qeyd etdiyi kimi, Apple–Google əməkdaşlığı xəbəri yayımlandıqdan sonra Alphabet-in səhmləri təxminən 1 faiz artıb.
Paylaş