Apple-ın AI strategiyası yenidən gündəmdə
Süni İntellekt
13.02.2026
Ilhama
Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, AI Forensics tərəfindən aparılan yeni araşdırma Apple Inc. şirkətinin Apple Intelligence adlı süni intellekt sistemində irqi və gender qərəzlərinin mövcud ola biləcəyini göstərir.
Almaniyada fəaliyyət göstərən qeyri-kommersiya təşkilatı Apple-ın AI əsaslı bildiriş xülasələrindən 10.000-dən çox nümunəni analiz edib. Nəticələrə görə, model xüsusilə irqi və cinsi məlumat qeyri-müəyyən olduqda müəyyən stereotiplərə əsaslanan nəticələr çıxarır. Tədqiqatçılar hesab edirlər ki, bu nəticələr modelin təlim məlumatlarında mövcud olan ABŞ əmək bazarı statistikası ilə üst-üstə düşür və AI həmin məlumatlara əsaslanaraq ehtimallar qurur.
AI Forensics testləri Apple-ın developer alətləri vasitəsilə yaradılmış xüsusi tətbiq üzərindən aparıb. Bu tətbiq Apple-ın Foundation Models sisteminə qoşularaq real bildirişləri simulyasiya edib. Təşkilat özü də etiraf edir ki, istifadə olunan mesajlar süni şəkildə hazırlanmış və konkret qərəzləri yoxlamaq məqsədi daşıyıb. Real istifadəçi mesajlarında kontekst fərqli ola bilər. Bununla belə, yüz milyonlarla cihazda istifadə edilən bir sistem üçün bu cür qərəzlərin miqyası böyük ola bilər.
Paylaş